Bərdədə Səfəvilərə aid sikkələr tapıldı

2018-ci ildə Bərdə şəhərinin Torpaqqala ərazisi və Qaratəpə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılarda 20 000-dən artıq maddi mədəniyyət materialları (şirli və şirsiz saxsı qab nümunələri, şüşədən hazırlanmış nəfis əşyalar, müxtəlif sümük bəzək nümunələri, metal pullar və s.) aşkarlanıb. Bu barədə Cumhuriyyet.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Oksford Universiteti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı […]

Zelenski bu hərbi rəhbərləri işdən çıxartdı

Ukraynanın Luqansk, Odessa və Xmelnitski vilayət hərbi administrasiyalarının rəhbərləri vəzifələrindən azad olunublar. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb. Qərara əsasən, Sergey Qayday Luqansk, Maksim Marçenko Odessa, Sergey Qamal isə Xmelnitskindəki vəzifəsindən kənarlaşdırılıb.

İsrail İranın PUA-ları ilə mübarizədə Ukraynaya kömək edəcək

İsrail İranın pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün Ukraynaya PUA-ların tıxanma sistemlərinin satışı üzrə ixrac lisenziyalarını təsdiqləyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. İxrac lisenziyaları müdafiə naziri Yoav Gallan və xarici işlər naziri Eli Koen tərəfindən təsdiqlənib. Lisenziyalar pilotsuz uçuş əleyhinə sistemlər hazırlayan iki İsrail şirkəti – “Elbit” və “Rafael”lə bağlanılıb. İsrail […]

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iclas TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.

Əliyev: Bu fəlakət Azərbaycan xalqını dərindən sarsıtdı

Türkiyədəki təbii fəlakət Azərbaycan xalqını dərindən sarsıdıb. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib. Dövlət başçısı zəlzələ ilə bağlı bir daha başsağlığını çatdırıb. Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb. […]

İlham Əliyevlə Ərdoğanın görüşü keçirildi-YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Cumhuriyyet.az xəbər verir ki, Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün məhz […]

Güləşçilərimiz Avropa çempionatında 4-cü qızılı qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb. Cumhuriyyet.az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. […]

Akardan PUA-nın vurulmasına: ABŞ-la həll yolu axtarırıq

Biz məsələni diqqətlə izləyirik. Müxtəlif təmaslar, o cümlədən Türkiyənin daxilindəki strukturlar arasında da aparılır. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə ABŞ PUA-sının Su-27 qırıcısı ilə toqquşması insidentini şərh edərkən deyib. “Biz ABŞ-dan olan tərəfdaşlarla ağlabatan və məntiqli həll yolu tapmağa çalışırıq. Vəziyyətdən sülh yolu ilə çıxışın tərəfdarıyıq”, – […]

AB rus neftinin qiymətini daha da “öldürür”

Estoniya, Litva və Polşa Rusiya neftinin qiymətinin maksimum həddini 60 dollardan 51,45 dollara endirməyi təklif ediblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Blumberq”in yaydığı məlumatda bildirilib. Agentlik qeyd edib ki, sözügedən ölkələr rus neftinə bazar qiymətlərindən 5% aşağı hədd qoyulmasını tələb edir. Bu gün artıq AB ölkələrinin nümayəndələrinin Rusiyadan neftin qiymətinin maksimum həddinə yenidən baxılmasını […]

Şoyqu amerikalı həmkarı ilə danışdı

ABŞ müdafiə naziri Lloyd Ostinlə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı Pentaqonun təşəbbüsü ilə baş tutub. Danışıqların təfərrüatı barədə məlumat verilməyib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031