Gürcüstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb.

01.11.2020 - 10:06

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

“Reportun yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

“Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Qeyd edək ki, bu vaxta qədər 3 847 seçki məntəqəsinin 2 252-si üzrə səslərin hesablanması başa çatdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031