İsrail raket atəşinə tutulub: Ölən və yaralananlar var

10.05.2021 - 21:23

Qəzza sektorundan İsrail istiqamətinə 45-dən çox raket atılıb.

TASS xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi bildirib.

O qeyd edib ki, İsrail tərəfi hadisəni ciddi hücum kimi qiymətləndirir və bunu cavabsız qoymayacaq.

İsrail ordusunun məlumatına əsasən, raketlərdən biri Sderot şəhərində mülki avtomobilə dəyib. Hadisə nəticəsində bir vətəndaş xəsarət alıb.

Digər bir raket isə “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

“Alquds” qəzetinin məlumatına görə, raket zərbələri nəticəsində üçü uşaq olmaqla, ən az doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Fələstinin “Saut Al-Aqsa” radiostansiyasının məlumatına görə, artıq HƏMAS təşkilatı raket atəşinə görə məsuliyyəti öz üzərinə götürüb. “Palestina” peyk telekanalı isə bildirib ki, “İslam cihadı” qruplaşması İsrail istiqamətində atılan 30 raketə görə məsuliyyətin onlara aid olması barədə bəyanat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Übeyda bildirib ki, İsrail yerli vaxtla saat 18:00-dək hərbçilərini Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən geri çəkməlidir.

Son məlumatlara görə, artıq İsrail ordusu HƏMAS-ın mövqelərinə cavab zərbələri endirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163463

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031