Rusiyada bu şəhər təxliyyə olunur

16.04.2024 - 12:28

Rusiyada, Tümen vilayətinin İşim şəhərinin sakinlərinin təcili təxliyəsi başlayıb. “AzPolitika” xəbər verir ki, əhalinin köçürülməsi İşim çayında suyun səviyyəsinin kritik dərəcədə artması ilə bağlıdır.

Bu barədə Rusiyanın “Mash” kanalı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb: “İşim çayında suyun səviyyəsinin kəskin artması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi sizdən xahiş edir ki, təcili olaraq evlərinizi tərk edərək təhlükəsiz ərazilərə çıxasınız”.

Qeyd olunur ki, İşim şəhəri eyniadlı çayın sol sahilində yerləşir və orada 70 minə yaxın əhali yaşayır.

Xatırladaq ki, aprelin 5-də Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bənd uçub. Nəticədə şəhər və ətraf kəndləri su basıb, əhalinin təxliyyəsinə başlanılıb. Yerli hakimiyyət fövqəladə vəziyyət elan edib.

Bundan başqa, Rusiyanın Nalçik şəhərində leysan və dolu yağıb, şəhər küçələrinin bir hissəsi su altında qalıb.

Həmçinin, Orenburq vilayətindən sonra Tomsk şəhərini su basmağa başlayıb.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200094

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031