Paşinyanın Qərblə birgə qurduğu ŞOK planlar ortaya çıxdı

16.04.2024 - 15:20

Aprelin 3-də Nikol Paşinyanın Antoni Blinken və Ursula fon der Lyayenlə görüşündən iki gün əvvəl sensasion hərbi-siyasi gündəmlə xarakterizə olunan “Brüsseldəki toplantı” ilk baxışdan kifayət qədər “təvazökar” nəticə ilə başa çatdı. Həmin vaxt bir çox insanda məntiqi sual yarandı: Ermənistana bir neçə yüz milyon dollarlıq iqtisadi yardım edildi, doğrudanmı, gərgin iş qrafikini nəzərə alındıqda Blinkenin Vaşinqtondan Brüsselə uçması belə bir xırdalıq naminədir?

Elə həmin vaxt ekspertlər bildirdilər ki, biz ancaq Ermənistan və onun Qərbdəki müttəfiqlərinin yayımladığı mənzərəni görürük. Bu barədə Caliber.Az-ın hazırladığı materialda bildirilir. Qeyd olunur ki, görüşdən dərhal sonra nəşr Brüsseldəki pərdəarxası danışıqların və orada əldə olunan razılaşmaların təfərrüatını mütləq təqdim edəcəyini bildirib.

“Budur, artıq etibarlı mənbələrdən ABŞ və Avropa İttifaqından Ermənistana hərbi-siyasi dəstəyin hansı istiqamətlərdə və hansı konkret proqramlar əsasında veriləcəyi barədə məlumat aldıq. Hazırda daxil olan sənədləri təhlil edirik və tezliklə məlumatları geniş ictimaiyyətlə paylaşacağıq. Amma artıq indidən deyə bilərik ki, Qərbin Ermənistana dəstəyinin dərəcəsi bütün gözləntilərimizi üstələyib. Əminik ki, Gürcüstan və Moldova da çox təəccüblənəcək – axı gürcülərin və moldovalıların ancaq arzulaya bildiyini ermənilər əldə edirlər. Təəssüf ki, hər şey göstərir ki, bu dəstək ilk növbədə Azərbaycana qarşı yönəlib”, – deyə məqalədə vurğulanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200107

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031