Azərbaycanda uşaq ensiklopediyasında biabırçı səhv – Materiklərin sayı 6 deyil, 7 göstərilib -FOTOFAKT

29.09.2018 - 13:16

Azərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib.

Cumhuriyyet.net-inTrend-ə istinadən məlumatına görə, hazırda da kitab dükanlarında satılan, 400 səhifəlik “Bunları bilmək istəyirəm!” adlı illüstrasiyalı intellektual ensiklopediya 2013-cü ildə “Turan Evi” nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın arxa üzündə isə “Şərq-qərb” nəşriyyatının adı qeyd edilib.

Adıçəkilən ensiklopediyada materiklər haqqında belə məlumat verilib: ”Materik böyük quru sahədir. Bizim planetdə cəmi yeddi materik və ya kontinent var: Afrika, Antarktida, Avropa, Asiya, Avstraliya, Cənubi Amerika, Şimali Amerika”.

“Şərq-qərb” nəşriyyatından bildirilib ki, onlar bu kitabda yazılan məlumatlara görə məsuliyyət daşımırlar. Çünki onlar yalnız “Turan evi” tərəfindən hazırlanmış vəsaiti nəşriyyatın mətbəəsində nəşr ediblər.

Məsələ ilə bağlı “Turan evi” nəşriyyatı ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstututunun direktor müavini Məhərrəm Həsənov isə bildirib ki, kitabda materiklərlə bağlı verilən məlumat səhvdir və bu məlumatlar uşaqları caşdırır:

“Planetdə 7 deyil, 6 materik var və son illər ərzində də dünya elmi tərəfindən yeni materik kəşf edilməyib. Kitabda materik və qitələr bir-biri ilə qarışdırılıb. Hazırda planetdə Afrika, Antarktida, Avstraliya, Cənubi Amerika, Şimali Amerika və Avrasiya materikləri var. Ensiklopediyada materik kimi qeyd edilən Avropa və Asiya isə qitədir. Ümumilikdə Avropa, Asiya, Amerika, Avstraliya, Afrika və Antarktida planetdəki qitələrin adlarıdır. Yaxşı olardı ki, nəşriyyatlar coğrafi məlumatların səhv getməməsi üçün bizimlə məsləhətləşsinlər. Biz onlara yardım etməyə hazırıq. Bu əməkdaşlıq həm də onların xeyrinə olar, çünki belə olduqda onların da vəsaitlərində səhv məlumatlar getməz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123060

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031