Baydenin müşaviri Hikmət Hacıyevlə görüşündən DANIŞDI

07.06.2022 - 16:05

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini müxtəlif üsullarla dəstəkləməyə və sıx əməkdaşlığa hazırdır.

Cumhuriyyet.az-ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü zamanı deyib.

C.Sallivan ABŞ-ın Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifaha sadiqliyini vurğulayıb. O, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasına yönəlmiş diplomatik səyləri yüksək qiymətləndirib.

O, Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilmiş danışıqlara dəstəyini bildirib və ABŞ-ın bu prosesi müxtəlif üsullarla dəstəkləməyə və sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176422

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031