Kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlandı – FOTOLAR

13.12.2019 - 18:00

Kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlandı

Mingəçevirdə kustar üsulla alkoqollu içki hazırlanan sex aşkarlanıb.

“Cümhuriyyət” Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub. Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarına əsasən, Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun Mingəçevir şəhəri, M.F.Axundov küçəsində yaşadığı evə baxış keçirilən zaman sanitar qovşaqda antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, 4 ədəd isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulka aşkar edilərək götürülüb.

İçkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138712

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031