Naxçıvanda səhiyyə işçiləri də etiraz edir: 4 aydır, əməkhaqqı ala bilmirlər

15.04.2024 - 13:31

Duzdağ Fizioterapiya Mərkəzinin işçiləri əməkhaqqı ala bilmədiklərinə görə, etiraz edirlər. TNS xəbər verir ki, bu gün mərkəzin 40-dan çox əməkdaşı Naxçıvan Ali Məclisi binasının önünə toplaşıb.

Onlar bildirib ki, sonuncu dəfə dekabrın 15-də əməkhaqqı alıblar. İşçilərin dediyinə görə, onları Naxçıvan şəhərindən Duzdağa aparan servis avtomobili ödənişlidir. Bu gün pul tapa bilməyiblər, ona görə də heç kim işə çıxmayıb. İşçilər indiyədək dəfələrlə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Mərkəzin əməkdaşları Yeni ili, Novruz və Ramazan bayramlarını pulsuz keçirdiklərini deyiblər: “Belə vicdansızlıq olar? Biz 3 bayramı pulsuz keçirmişik. Nə dərdimizi dinləyən var, nə də şikayətimizə baxan. 4 aydır, əməkhaqqı ala bilmirik”. Məlumata görə, Naxçıvan Ali Məclisinin yüksək vəzifəli şəxsi şikayətçiləri qəbul edib. Onlara problemin tezliklə həll olunacağı bildirilib.

Qeyd edək ki, son vaxtlar Naxçıvanda belə hadisələr tez-tez baş verir. Bir müddət əvvəl Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin bir qrup əməkdaşı iş şəraitinə etiraz olaraq işə çıxmaqdan imtina etmişdi. Onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısına gələrək çalışdıqları yerdə təhqir olunduqlarını, işləmək üçün heç bir şəraitin yaradılmadığını, əməkhaqlarının azaldıldığını bildirmişdi.

  

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200016

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031