Qarabağ qardaşlığımızın zirvəsidir – Bayraktar

26.05.2022 - 13:23

“Bu gün ölkələrin müstəqilliklərini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

Cumhuriyyet.az xəbər veir ki, bunu bu gün “Texnofest Azərbaycan” texnoloji festivalında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

Selçuq Bayraktar deyib ki, uğurların əsası inanmaqdan keçir:

“İnsanı ən çətin anda belə motivasiya edən inancı və hədəflərdir. Atam Özdəmir Bayraktarın da dediyi kimi, haqqı üstün tutmağı inancınızda əsas götürün. İnanaraq başladığınız işdə ailənizə, ailənizdən də ötə millətinizə, millətinizdən də ötə dünyaya faydanı əsas götürün”.

O qeyd edib ki, iki ölkənin xalqları, dövlətləri ən çətin anlarda bir-birlərinə dəstək olublar:

“Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizi bir daha anmaq istəyirəm. Dost ən çətin gündə tanınar, ən çətin gündə də bir aradaydıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175730

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031