Nazir: “Zəngəzur dəhlizi Ermənistan üçün də vacibdir”

07.06.2022 - 16:02

“Ermənistandan münasibətlərin normallaşması ilə bağlı bəzi müsbət mesajlar var. Biz bunları müsbət addımlar kimi görürük. Ermənistan və Azərbaycanın bu istiqamətdə irəliləməsi bütün region ölkələrinin marağındadır. Ermənistanın işğalçı və təcavüzkar siyasəti son 30 ildə Ermənistana fəlakətdən başqa heç nə gətirməyib. Ermənistan administrasiyası bunu anlamalı və düzgün nəticə çıxarmalıdır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Azərbaycanın qərb vilayətləri ilə Naxçıvanı Ermənistan ərazisindən quru və dəmir yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi üzrə danışıqlara toxunan C.Bayramov bu məsələ ilə bağlı hələlik yekun nəticənin olmadığını, Ermənistanın müxtəlif bəhanələrlə onu uzatmaqda davam etdiyini söyləyib:

“Ermənistan regionda ən məhdud nəqliyyat vasitələrinə malik ölkədir və bu səbəbdən Zəngəzur dəhlizinin reallaşması regionun digər ölkələri kimi Ermənistan üçün də vacibdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176416

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031