Azərbaycan XİN: “Bu il Gürcüstanla əməkdaşlıq sabit əsasda inkişaf edib”

29.12.2022 - 18:41

“Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla yanaşı sabit əsasda inkişaf edib”.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Bildirilib ki, iki dövlət arasında ali səviyyədə səfərlər baş tutub və müvafiq dövlət qurumları arasında sahəvi əməkdaşlıq davam edib.

“29 sentyabr 2022-ci ildə Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili Azərbaycana işgüzar səfər edib. 24 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana işgüzar səfər həyata keçirib. Dekabrın 15-də Tbilisidə baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib”, – ilin yekunlarına dair məlumatda yer alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=186636

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031