Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni rəhbəri seçilib

29.10.2019 - 16:53

8463fb10-72ed-4450-a503-61afc1036b12Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru vəzifəsinə Argentinanın təşkilatdakı daimi nümayəndəsi Rafael Qrossi seçilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, dörd namizədin rəqabət apardığı səsvermədə səslərin üçdə ikisini, yəni 35 səsdən azı 23-nü toplayan iddiaçı qalib sayılıb.

“Reuters” xəbər verir ki, R.Qrossinin əsas rəqibi İAEA-nın baş direktoru əvəzi, rumıniyalı diplomat Kornel Feruta bir həftə əvvəl keçirilmiş səsvermə zamanı bir səs qabaqda olub. Belə ki, K.Feruta bu ilin iyul ayında vəfat etmiş əvvəlki baş direktor Yukia Amanonun yaxın adamı olub.

Yeni baş direktor 2020-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135462

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031