Palata Vahid Əhmədovun fikirlərini yaşı ilə əlaqələndirdi – AÇIQLAMA

29.10.2019 - 16:56

1572346992Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Əhmədovun səsləndirdiyi fikirlərə münasibət bildirib.

Maliyyə Bazararına Nəzarət Palatasının Mətbuat katibi Elşən Allahverdiyev “Marja”ya bildirib ki, Vahid Əhmədov ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır:

“Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Qurumun ləğvini və yenidən təşkilini də məhz Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Vahid Əhmədovun fikirlərinə gəlincə, o ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır”.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası lüzumsuz orqandır:

“Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.

Qeyd edək ki, millət vəkili Vahid Əhmədovun 72 yaşı var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135463

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031