Mitinq qadağaları və bizim haqqımız

05.02.2019 - 00:57

Bu gün mitinqlərə qoyulan qadağa ilə bağlı hakimiyyətin bir çox məqsədləri var.. Yəni xalqda məyusluq və Əli Kərimliyə etimadsızlıq yaranır və yaranmış məyusluq növbəti dəfə mitinq təyin olunduqda insanlarda bu sualı yaradır. “Keçən dəfə getdik, nə oldu ki, yenə gedəcəyik, ardı gəlməyəcək”deyib yenə də proseslərdən çəkinəcəklər. İndiki halda heç bir məsuliyyət hiss etmədən bu əhvalı aşılayanlar, məyusluğu tirajlayanlar, müxalifəti bacarıqsızlıqda günahlandırıb “nə oldu, davamı gəlməyən mitinqlərin əhəmiyyəti yoxdur” deyənlər özləri də bilmədən, əslində, hakimyyətin əlini möhkəmləndirir.
Çünki dediyim kimi, mitinqə izn verilməməsində hesablanmış halladan biri məhz bu idi.
İkinci, icazəsiz mitinqlərə gedilir, lap əlli min insan yığılır, hakimiyyət güc tətbiq edir və bundan sonra bütünlükdə ortada olan çox sayda fəal həbs olunur, döyülür, bununla da prosesin necə deyələr, “gözünün odu alınır”.
Belə olarsa, ən yaxşı halda yenə də məyusluğun və depresiyanın ən yüksək halı yarandığından ölkəni yenə də uzun bir müddət üçün bu iqtidarın çaynağına təslim etmiş oluruq.
Əli Kərimli bunu seçmədi və bu günlər ən çox tənqid olunan adama çevrilib. Olsun, amma əminəm ki, indi icazəsiz mitinq istəyənlər “bir lider lazımdır ki, çıxsın insanları Azadlıq meydanına aparsın” deyənlər bu “gözünün odunu alma” əməliyatından sonra da çıxıb eyni şəkildə yazacaqlar ki, bu tələsik və doğru qərar deyildi, xalqı boşuna qırğına verdilər. Bəs nə etməli və ya icazəli mitinqlərin əhəmiyyəti nədir axı?
20, hətta 50 minlik icazəli mitiqlər enerjinin birgə təzahürünə, birlik, özgüvənin yaranması, eyni zamanda dünyaya ölkə insanının artıq dəyişikliyə hazır olduğunu nümayiş etdirməsi, hakimiyyətin geri çəkilməsi baxımından vacibdir, amma dəyişim üçün əsas faktor deyil. Dəyişim ya xalqın özünün istəyi və heç bir “haydı” gözləmədən, bütün ölkə üzrə ayaqlanması ilə baş verəcək, ya da bir “haydı” da artıq bütün ölkə ayaqlanıb yüz minlərlə insan küçələrə çıxıb haqqını istəyəcək.
Necə ki, indiyə qədər dəyişimi yaşamış ölkələrdə belə olub.
Sual oluna bilər, onda bəs Əli Kərimli və digər siyasilər, müxalifət nəyimizə lazımdır?
Bir anlığa təsəvvür edək…
Baş verəcəklərdə ordu xalqdır, ordununsa hər zaman generallara ehtiyacı var.
Bu durumlarda da generallar məhz siyasətçilərdir…
Ordunun savaşı uçün mütləq generalların qurduğu strategiyaya ehtiyac var. Bir xalq da ayaqlandıqda müxalifət məhz o doğru strategiyanı qurmaq üçündür.
Son fikrimə qarşı çıxıb, “onda daha müxalifət nə danışır, xalq edəcəksə, çıxıb bizə genarallıq edənlər indi nə edir?” deyənlər mütləq olacaq. Dizi yerə vurulmuş xalqın dizini yerdən qaldırmaq üçün bu gün dizini yerə atıb hər cür mərhumiyyətə dözüb illərdir bu ölkəni Şimali Koreyaya çevrilməkdən qoruyanlar, müxalif partiyalar, jurnalistlər, yazarlar, vəkillər var. Bütün yanlışları, doğruları ilə varlar.
Amma biz biz olmalıyıq, onlara elə nəzarət etməliyik ki, daha yanlış etmək kimi şansları olmasın. Çünki bizim daha yanlış qaldıracaq halımız yoxdur.
Bunu onlardan tələb etməyə haqqınız var… Hamılıqla!
Məmməd Mikayılov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144916

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031