etibar əliyev üçün deputatla millət vəkili fərqi

20.05.2021 - 11:48

Qısa və konkret: Deputat olmaq asandır, məsələ millətə vəkil olmaqdadır. Deputat olmaq üçün Mehman Hüseynovun reallıqda udduğu seçkini oğurlayıb mandat almaq olar, amma millətə vəkil olmaq üçün heç seçkidə iştirak etmədən də hər zaman millət vəkili kimi tanınmaq mümkündür və belə bir məqamı fəth edəndə Sabir Rüstəmxanlı “Parlament mən orda yox idim deyə buraxıldı” deyə bilir. Yaxud, Qüdrət Həsənquluyev kimi Parlamentin buraxılmasından aylar öncə bunu anons edib təkid edir. Yoxsa deputat olmağa nə var ki… Misir Mərdanovun torbasından Mikayıl Cabbarova tam təhsilli don tikib mandat qazanmaq kimi .
Təfəkkürünə və mövqeyinə sayğım olan Asim Mollazadənin bir müddət öncə deputatların deyil, müəllimlərin maaşının qaldırılmasının vacibliyi haqqında fikirlərinə qarşı DEPUTAT etibar əliyevin mövqeyi çox maraqlı idi. Asim Mollazadə demişdi ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən , imkanlarından qat-qat yaxşı olmamalıdır. etibar əliyev isə deputatların sayca həkim və müəllimlərdən az olduğunu əsas gətirərək bu fikri yanlış hesab edib müəllimlərin və həkimlərin həmişə dövlətin diqqət mərkəzində olduğunu bildirmişdir. Adam minlərlə vətəndaşın nümayəndəsi kimi qanunverici orqanda təmsil olunur və başa düşmür ki, məsələ kimin nə qədər maaş almasında deyil, məsələ növbəti seçkidə seçilib seçilməməsi mübahisəli olan tituldan fərqli olaraq, həkimlər və müəllimlər daimi olaraq millətin zəkasının və sağlamlığının simvoludur. Bunu başa düşmək üçün Misir Mərdanovun qara piyar təbliğatçısı, Mikayıl Cabbarovun piyadası olmaq yox, eləcə sıradan bir təhsil eksperti də olmaq kifayət edərdi. Demək adam bu da deyilmiş.
Ötən ilin fevral seçkilərində Fərəc Quliyevin deputat seçilməməsinə görə hərəkatçı qardaşlarımı və ordubadlıları təbrik etmişdim. Sən demə, hökumət köhnənin atasına rəhmət oxutdurmaq prinsipini bütün spektrlərdə qoruyurmuş. Təhsilin əleyhinə və lehinə yazmasından və hansı zamanda yazmasından asılı olaraq jurnalistlərin içki məclisinin sponsrluğundan deputatlığa sürüşən etibar əliyev Fərəc Quliyevə bu yaxşılığı elədi. (yeri gəlmişkən, məhrum İbrahim kişi onu tanıyan hər kəsin sevgisin qazanmışdı. Allah rəhmət eləsin!) Bu da Mehman Hüseynova görə bir şans idi. Bir də belə təsadüf olmaz. Biri bu adama izah etsin ki, parlament nə kafedir, nə də Mikayıl Cabbarov əbədi deyil…
p.s. yazıda “Etibar Əliyev” ünvanı kiçik hərflərlə yazılması bu şəxsin özünün statuslarındakı kimi təsadüfi orfoqrafik səhvdir.

Nəsimi

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163719

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031