İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub-FOTO

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 2005-ci il  tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Respublikamız son illər bir çox beynəlxalq yarışlara ev sahibliyi edib. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib. […]

“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü

2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində “Nar” operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görüldü. Sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb oldu. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak etdi. “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən […]

Prezident arıçılığın inkişafı ilə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb. Cumhuriyyet.net-in məlumatına görə, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib. Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, […]

Novruzqabağı bahalaşma başladı, müştərilər qoz-fındığı kiloyla yox, qramla alır

Belə görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin, habelə “Əzaq Tədarükü və Təchizatı” ASC-nin təşkil etdiyi bayram yarmarkalarına baxmayaraq bu Novruz bayramını da bahalaşmasız keçirmək mümkün olmayacaq. Çünki  bayrama iki həftədən artıq vaxt qalsa da, bazarlarda qiymətlərin artımı artıq başlayıb. Bakının “8-ci kilometr” bazarında satıcılar deyirlər ki, bayram çərəzlərinin qiymətləri onsuz da son illərdə xeyli artıb və bir çoxları […]

Rusiya beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırlaşır

“Rusiya texniki cəhətdən beynəlxalq internet şəbəkəsindən çıxmağa hazırdır, lakin bu proses ağrısız olmayacaq”. Bunu Rusiya prezidentinin internetin inkişafı üzrə müşaviri Qerman Klimenko NTV kanalına müsahibəsində deyib. “Texniki olaraq biz istənilən fəaliyyətə hazırıq. Bir texnologiyadan digərinə keçərkən hər zaman problem yarana bilər. Həmkarlarımız bizi sistemdən çıxaracaqlarsa, bunun ağrısız olub-olmayacağını bilmirəm. Deyilir ki, ağrısız olacaq, lakin mən […]

Azərbaycanda həkimlər 2 ay ömrün qaldı dedilər, Türkiyədə sağaldı

50 yaşlı Rəsmiyə Vəliyeva uzun illər ürək xəstəliyindən əziyyət çəkib. Həkimlər ona əməliyyatın riskli olduğunu, 2 ay ömrü qaldığını bildiriblər. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə əməliyyat olunan Vəliyeva ölümün pəncəsindən xilas edilib. Türkiyənin Erzincan vilayətindəki xəstəxanaların birində qadının 3 damarında şuntlama əməliyyatı aparılıb. Rəsmiyə Vəliyeva bildirib ki, tanışlarının vasitəsilə Türkiyəyə gedib. “Analizlərin nəticələrini […]

Səməd Səmədov: “Arvadım məni alçaldır” – VİDEO

ARB TV-nin “Səhər – Səhər” verlişinin növbəti qonağı xalq artisti Səməd Səmədov olub. Minval.İnfo xəbər verir ki, Xalq artisti oğlunun yasına qırmız pencək geyinməsindən danışıb: “Mən 40 ildir ki, ikinci dəfə ailə qurmuşam. 40 ildən sonra açıqlama verəsən ki, Səməd uşağının yasına qırmızı pencəkdə gəlib, bu düz gəlmir. Madam bu yalandırsa deməli hər şey yalandır. Ayrı […]

Məşhurlarımızın “instagram”dan qazancları – SİYAHI

Dünya şou-biznesində olduğu kimi, Azərbaycan məşhurları da “İnstagram”dan biznes məqsədləri üçün istifadə edirlər. Məsələn, stilist Samiraldo “İntagramda” reklam xarakterli hər paylaşım üçün minimum 200 AZN alır. Günay İbrahimli – 1000 AZN Sevda Yəhyayeva – 500 AZN Murad Arif – 500 manat  Aparıcı Vusalə Kərimova – 400 manat Gənc aktrisa Zümrüd Qasımova – 1000-2000 manat Aktrisa […]

Mirşahin Ağayevin telekanalına müddətsiz lisenziya verildi- FOTO

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Gununsesi.info xəbər verir ki, MTRŞ-dan apa-ya verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. […]

“Azercell” satıldı

Finlandiya-İsveç telekommunikasiya şirkəti “Telia” Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”dəki payını satdığını elan edib. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, şirkət bu satışı Mərkəzi Asiya bazarlarını tərk etmək barədə 2015-ci ildə elan etdiyi strategiyaya əsasən həyata keçirib. Bu vaxta qədər “Telia” Nepal, Tacikistan və Gürcüstan telekommunikasiya bazarını tərk etmişdi. Açıqlamaya görə “Telia” Azərbaycanın mobil […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031