Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi – Qaradağda

Martın 17-də Novruz bayramı ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov ənənəvi olaraq rayonun aztəminatlı ailələri ilə görüşdü. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən sakinləri Novruz bayramı münasibəti ilə […]

Xoşqədəmin verilişindəki yalan ifşa olundu: “Özü ərdə olduğu dövrdə başqasıyla…”

Xoşqədəm Hidayətqızının verilişindəki yalan ifşa olundu. Minval.info xəbər verir ki, şairə Nazilə Səfərlinin keçmiş gəlini Pərvanə “Səni axtarıram”da ailəsi haqda danışıb. O,  həyat yoldaşından ayrılmasında baldızları və qayınanasını günahlandırıb. Pərvanə xanım həmçinin ərinin ona xəyanət etdiyini dilə gətirib. O, həmçinin evinin əlindən alındığını iddia edib. Mövzu araşdırılmamış Xoşqədəm Hidayətqızı və ekspertlər tərəfindən şairə haqqında sərt sözlər […]

Yarmarkada müştərilər aldadılır: “Bizə belə tapşılıb…”

Sumqayıt yarmarkasında fırıldaqçılıq edilir. Minval.info xəbər verir ki, həftə sonları şəhərin 12-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada alıcılar aldadılır. Bu barədə Sumqayıt sakinləri məlumat verib. Onların sözlərinə görə, məhsulun üzərində yazılan rəqəmlə satış qiyməti uyğun deyil. Satıcılar isə buna məcbur qaldıqlarını iddia edirlər. Belə ki, onlardan məhsulun üzərinə aşağı qiymətlərin yazılmağı tələb olunur. Lakin satıcalara deyilir […]

BSU-da bayram şənliyi-FOTO

Bu gün  Bakı Slavyan Universitetində Novruz bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Tədbirdə prorektorlar,  fakültə dekanları, müəllim və tələbələr iştirak ediblər. Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı Nuridə Novruzova, BSU-nun dosenti  İbrahimpaşa Babayev müəllim və tələbələri bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı, uzun ömür diləyib. […]

Bakı restoranları “ərəbləşir” – Restoranlarda ərəb dilində menyu, ərəb dilini bilən işçilər… – VİDEO

Bakıya və Azərbaycanın turizm bölgələrinə ərəb turistlərin böyük axını ictimai iaşə və ticarət obyektlərinin sahiblərini işə yanaşmada köklü dəyişikliklərə məcbur edib. Belə ki, restoranlarda ərəbcə menyular, hətta ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar peyda olub. Buna baxmayaraq, turistlər azərbaycanlıların hələ də ərəb dilini bilməməsindən gileylənirlər. Amma bu mənada “müsbət dəyişikliklər” də nəzərdən qaçmayıb – yerli əhali […]

Ramil Usubov 5 rəis təyin etdi (SİYAHI)

Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub. Cumhuriyyet.net “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə […]

“Bu ölkə satellit bir ölkədir” – İlham Əliyev

“Biz digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıbdır. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Novruz şənliyində çıxış edərkən deyib. O bildirib ki, Ermənistan bütün […]

Professora 160 min “atıblar” – Generalın bacısı oğlu ittiham olunur

Türkiyə və Rusiyada həkimlik fəaliyyəti ilə məşğul olan professor Oktay Rəhimli Bakıda ev almaq istəyərkən dələduzluğa məruz qaldığını iddia edib.  “Qafqazinfo”ya müraciət edən O.Rəhimli bildirib ki, 2013-cü ildə “Sahil-D” şirkətinin “Ramstore” yaxınlığında yerləşən binasından mənzil almaq üçün Ramin Nurəliyev adlı şəxsə 159 min 800 dollar ödəyib. Lakin 4 il keçsə də, mənzil ona təhvil verilməyib […]

Xaləddin İsgəndərov işdən çıxarıldı

İcra başçısının vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Minval.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edilib. Prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir. Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal […]

Bakıda qadın sərnişin sürücünü söyüb yumruqladı – Video

Bakıda qadın sərnişin marşrut avtobusu sürücüsünü döyüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda baş verib. İki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən avtobusu sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031