Əliyevlərin Malta korrupsiyasını ifşa olundu

Böyük Britaniyanın tanınmış “Reuters” xәbәr agentliyi Әliyevlәrin hesab olunan Maltadakı Pilatus bank işi ilә bağlı böyük mәqalә yayımlayıb. Bu materialı eyni zamanda Tanınmış “New York Times” vә “Daily Mail” media nәhәnglәri dә yayıb. Ötən ilin aprel ayında Maltada jurnalist özəl bankın Azərbaycanda yüksək rütbəli müştərilərə xidmət etdiyini və korrupsiya ödənişləri olduğunu iddia etdiyini iddia edən […]

Azərbaycanın seçki tragikomediyası

İlham Əliyev rejimi Azərbaycanı bütün dünyaya tanıdıb. Hətta, Afrika ölkələrində belə Azərbaycandakı seçkiləri nümunə gətirib lağa qoyurlar. Niyə də qoymasınlar? 2013-cü ilin prezident seçkilərinin nəticələri seçkidən bir gün əvvəl kiçik bir “texniki xəta” ucbatından bütün dünyaya bəlli oldu. Dünyanın çeşidli ölkələrinin tanınmış televiziyalarında yumor proqramı aparanlar Azərbaycanın seçki “möcüzələrini” Həzrəti Musanın möcüzələri ilə müqayisə etdilər. […]

Azərbaycan-Türkiyə sənədləri imzalanıb – FOTO

Aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Cumhuriyyet.net  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının […]

Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?

Media  məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu metropoliten rəsmisinin kənd camaatı ilə bağlı qalmaqallı paylaşımına hüquqi baxımdan şərh verib. Ə. Əhmədoğlu sosial şəbəkədə bildirib ki, əslində məsələ bəsit deyil: “Bəlli bir sosial qrupu ayrıseçkiliyə məruz qoymaq, onları toplumda əlverişsiz vəziyyətə gətirmək yaxud bunu təşviq etmək hüquqi baxımdan yolverilməzdir və nifrət nitqi hesab olunur. Ayrıseçkilik sadəcə […]

“Neft 200 dollar olsa da, qiymət düşən deyil…” – Video

Neft-qaz Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft qiymətlərinin artımı, bunun ölkədəki satış qiymətlərinə təsiri ilə bağlı “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – Neftin qiyməti artır, amma əsasən istehlak bazarındakı qiymətlərdə dəyişiklik hiss edilmir. Yaxın zamanda bu fonda ucuzlaşma müşahidə edə bilərikmi? – Bu məsələdə iki yanaşma var. Birinci məsələ ondan ibarətdir ki, vergi […]

Heydər Əsədov məsuliyyətə cəlb olunacaq – yeyinti aşkarlandı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinin tərkibində keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov yer almayıb. Unikal.org xəbər verir ki, Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, Kənd Təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Heç kəsə sirr deyil ki, ölkəmizdə neft hasilatının […]

Mixeil Saakaşvili Ermənistandakı hadisələrə münasibət bildirib

“Serj Sarqsyanın arxasında bir neçə oliqarx, üstəgəl erməni əsilli rusiyalı oliqarxlar dayanmışdı. Onlar Ermənistanda hər şeyə nəzarət edirdilər və ölkədə iman olmadığından süni şəkildə əhalinin demək olar yarısını Ermənistandan göndərmişdilər”. “Report” “Qruizya-Online” portalına istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Erməni  standakı hadisələrə yalnız ağır […]

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başlayıb

Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edirlər. Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın […]

Prezident Administrasiyası üçün yeni bina tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-ya verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir. Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb. Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, […]

“ShamkirChess 2018”: Şəhriyar Məmmədyarov İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı ilə qarşılaşacaq

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2018” superturnirində bu gün VI turun görüşləri keçiriləcək. “Report”un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq. Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla çıxış edəcək. Məmmədyarovun rəqibi İddiaçılar Turnirində uduzduğu yeganə şahmatçı – çinli Dinq Liren olacaq. Məmmədov isə yarışın bolqarıstanlı lideri Veselin Topalovla üz-üzə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30