Seçkiləri 51 xarici KİV-dən 118 jurnalist işıqlandıracaq

“Azərbaycanda keçirilən prezident seçkilərini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq”. Cumhuriyyet.net-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, xarici KİV təmsilçilərinin fəaliyyətinə yerli KİV təmsilələri kimi hərtərəfli şərait yaradılacaq.

“Nar” bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar” yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim etdi. Belə ki, ötən il bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər […]

Bank müdiri müalicə üçün yığılan pulu da oğurlayıbmış

Bir milyon manatdan çox pul ilə ölkədən qaçarkən saxlanılan bank müdiri Cəlil Əlizadə barəsində yeni iddialar ortaya çıxıb. Gəncə şəhər sakini Ayfər Abbasova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, “Beynəlxalq Bank”ın Gəncə filialının “Yeni Gəncə” şöbəsinin rəhbəri olan C.Əlizadə onun qızının müalicəsi üçün toplanan 14 min dolları mənimsəyib: “Qızım Fatimə Əmiraslanova Beta Talassemiya xəstəliyindən əziyyət çəkir. […]

“Şah petrol” rəhbərliyi ittiham olunur – “Belə də uydurma olar?”

8 gün əvvəl itkin düşən Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəy Azər oğlu Balabəyovdan hələ də xəbər yoxdur. Balabəy Balabəyov aprelin 1-də operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsindən (YDM) yoxa çıxıb. Onun yaxınları, valideynləri itkin düşməsində YDM sahibini günahkar bilirlər. “Balabəyin atası Azər Balabəyov Xətai Rayon […]

Sergey Skripalın qızı xəstəxanadan çıxıb

Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində atası ilə birlikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Yuliya Skripal xəstəxanadan buraxılıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu xəstəxananın tibb müdiri Kristin Blanshard deyib. O bildirib ki, Skripal və qızı müalicəyə son dərəcə yaxşı reaksiya veriblər: “Ancaq xəstələrin hər ikisində bərpa fərqli mərhələdə gedir. Sergey Skripal Yuliya ilə […]

Hadı Rəcəblidən sonra Aybəniz Haşımova da bütün xəbər saytlarının bağlanılması istədi – FOTO

“İlham Əliyev cənablarından xahiş etmək lazımdır ki, internet portallarının hamısının bağlanılması haqqında qərar versin”. Musavat.com bildirir ki, bu barədə əməkdar artist, müğənni Aybəniz Haşımova sosial şəbəkədə müraciət edib. Əməkdar artisti ölkədə fəaliyyət göstərən xəbər saytlarını kəskin tənqid edib: “Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompüter arxasında şirə, pələngə dönürlər”. […]

Akkreditə olunan beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb. Cumhuriyyet.net-in xəbərinə görə, MSK-nın Media və ictimai əlaqələr şöbəsindən bildirilib ki, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.

İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı – VİDEO

Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb. Minval.info xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib. Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb. Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb. Rayon 1930-cu ildə yaradılıb, ərazisi 707 kvadrat kilometrdir […]

Futbol üzrə dünya çempionatları tarixinin ən yaxşı qolu müəyyənləşib – VİDEO

Futbol üzrə dünya çempionatları tarixinin ən yaxşı qolu müəyyənləşib. “Report”un məlumatına görə, bununla bağlı 2018-ci il dünya çempionatının “Facebook” səhifəsində martın 31-dən aprelin 9-dək azarkeşlər arasında səsvermə aparılıb. Nəticədə meksikalı Manuel Neqretenin DÇ-1986-da Bolqarıstan yığmasının qapısına vurduğu qol birinci olub. Neqrete mundiallarda vurulmuş 32 gözəl qol arasından fərqləndirilib. Final səsverməsində braziliyalı Ederin DÇ-1982-də SSRİ yığmasının […]

Sınaq imtahaları özünü sınamaq istəyən hər kəs üçün əlçatan olmalıdır…

Sınaq imtahanı özünü sınamaq üçündür, bunun başqa adı yoxdur…   TQDK-nın (DİM) sınaq imtahanları müxtəlif ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına, magistraturaya, rezidenturaya qəbul olmaq istəyən namizədlərin, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə keçirilir və ən başlıcası isə könüllülük prinsipinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2018
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30