Liberman istefa verdi

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.  Bu qərara onun Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı narazılğı səbəb olub. “Evimiz İsrail” partiyasının sədri Qəzza zolağında əməliyyatların davam etməsinin tərəfdarı olub. Bundan əvvəl, o, İsrail KİV-lərinə müsahibədə ölkədə növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu demişdi. A.Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsində işləyib.(Trend)

Ermənilər Ağdərədə SES tikir – Qərbin puluyla…

              Avropalı investorlar Azərbaycanın işğal altındakı Sərsəng su anbarı yaxınlığında tikiləcək yeni anbar üçün 100 milyon dollar pul ayırıblar. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qarabağ separatçılarının nümayəndəsi Araik Arutyunyan məlumat verib. 100 milyon dəyərində olan proqramın icrasının tezliklə başlayacağını bildirən Arutyunyan qeyd edib ki, nəzərdə tutulmuş anbar […]

“Caspian İnternational Hospital” üç uşaq anasını şikəst edib

            Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova bu ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.   Əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə […]

Deputat veteranların müdafiəsinə qalxdı

“Bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq”.   Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.   Deputat bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atılmalıdır.   “Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən […]

Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş keçirdi

Şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, […]

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Cagdas Azərbaycan teleməkanında mövzu müxtəlifliyi hər zaman tamasaçı tərəfindən müzakirələrə səbəb olub. Tamaşaçı zövqünün aşılanmasının prioritet məsələ kimi önə çəkilməsi bütün KİV-in ən ümdə vəzifəsi olaraq qalmaqdadır. Statistik göstəricilərəəsasən ölkəmizin 52 faizini qadınların təşkil etməsi məhz bu mövzuların bilavasitə onlara uygun, onların fəaliyyətinin əks olunmasına yönəlikliyi peşəkar jurnalistlərin də diqqətindən heç zaman yayınmır. Bəli, qadın […]

Cahangir Hacıyevin Enerji Agentliyindəki “sağ əli”nə – İttihamlar

Ekspert M.Rüstəmov tərəfindən daxil olan məqalədə Enerji Məsələlərini Tənzimləmə Agentliyində baş verənlərdən bəhs olunur. AzEuroNews.comyazını təqdim edir: Prezident İlham Əliyev dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmışdır. Agentliyin fəaliyyətində […]

“Karvan”da da yanğın: 60 nəfər təxliyə edildi

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri vəzifəsindən istefa verib. Məlumatı Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Unikal.org-a təsdiqləyib. O bildirib ki, Elmir Vəliyev fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir. Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə “Avropa Gənclər […]

Mədət Quliyev Bişkekdə Gəncə hadisələrindən danışdı

          Noyabrın 14-də Qırğızıstan Respublikasının Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinədən Modern.az-a verilən məlumata görə, general-polkovnik Mədət Quliyev tədbirdə “Beynəlxalq terrorçu təşkilatlardakı bəzi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930