Tehran-Bakı reysi naməlum səbəbdən ləğv edildi

Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib. Azərtac-ın xəbərinə görə, “Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi. Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Direktordan Drakona şərt: Əgər dediyi sözləri geri götürsə…

Zeynəb Rzayeva işini doğru icra etmirdi. Davranışı və işi ilə bağlı şikayələr var idi. Müəllim və valideynlər bildirirdi bu barədə. Müəllimlərin izahatları da var. Buna görə vəzifəsində dəyişiklik etdim. Onu aşağı siniflərin direktor müavinliyindən çıxarıb, yuxarı siniflərin direktor müavinliyinə təyin etdim. Bu dəyişiklik onun maaşına təsir belə etmədi. Mən fikrimi ona bildirdikdən sonra Zeynəb xanım […]

“9 yaşlı qıza aşiq olmuşamsa, niyə qızını yanıma göndərirdin?” – Qalmaqal

“Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə 9 yaşlı qızını mənim yanıma göndərirdin?” Bu sözləri Azxeber.com-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib. O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi “9 yaşlı qıza aşiq olub” iddiasına münasibət bildirib: “Bunlar hamısı şər, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, […]

Zurabişvili ilk səfərində xanım həmkarı ilə görüşəcək

Salome Zurabişvili Gürcüstan Prezidenti vəzifəsində ilk səfərini Avropa ölkələrinə etməyi planlaşdırır. “Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. S.Zurabişvili Brüssel, Berlin və Parisə səfər edəcəyini qeyd edib: “İlk səfərimin Avropa ölkələri və ötən gecə prezident seçilməyim münasibətilə məni ilk təbrik edən qadın prezidentin olduğu Baltikyanı ölkəyə (Litva – red.) olacağına […]

“143 manata bir ay yaşamaq olar” deməmişəm”

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli parlamentdəki çıxışı ilə yenidən müzakirələr yaradıb. BakuPost xəbər verir ki, saytlarda yazılanlara görə, deputat “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq” fikirlərini səsləndirib. Bu  isə […]

“Bakcell”in rouminq xidməti daha da asanlaşdı

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün rouminq xidmətlərindən istifadəni daha da əlçatan edib. Belə ki, yeni istifadəyə verilmiş USSD funksionallığı sayəsində abunəçilər “Bakcell”in bütün rouminq təklifləri barədə məlumat almaq və tələblərinə tam şəkildə cavab verən sərfəli paketlərdən birini seçmək imkanına malikdirlər. Mobil telefonlarında *125#YES kodunu yığmaqla, abunəçilər çox sadə və […]

Bakıda sulu qar yağacaq, güclü külək əsəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, noyabrın 30-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron […]

Canavarlar məktəblilərə hücum edib – 7 yaralı

Astara rayonunda canavarlar məktəblilərə hücum edib. “Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib. Belə ki, bu gün səhər saatlarında məktəbə gedən şagirdvə valideynlər canavarların hücumuna məruz qalıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb. İlkin məlumatlara görə, 1993-cü il təvəllüdlü Jalə Firudinzadə övladı Rəvan Abdullayevi məktəbə aparakən canavarın […]

Tərtərdə partlayış: iki yaralı…

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Report xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirir. Faktla bağlı araşdırma aparılır

“Qarabağ” üçün son ümid: qalib gəlsək…

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” bu gün qrup mərhələsinin V turu çərçivəsində növbəti oyununu keçirəcək. Axar.az xəbər verir ki, təmsilçimiz Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda, saat 21:55-də başlayacaq oyunu Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Qrupun digər görüşündə İngiltərənin “Arsenal” klubu Ukraynanın “Vorskla” komandasının qonağı olacaq. “Qarabağ”ın Avropa Liqasında yoluna davam etməsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930