Nazir müavini uşaq qidası satan şirkətləri ittiham edib

Səhiyyə Nazirliyi dövlət doğum evlərində valideynlərə uşaq qidalarının satılması barədə məlumatlara münasibət bildirib. “Report”un xəbərinə görə, Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, nazirliyin siyasətinin əsas xətlərindən biri körpələrin qidalandırılmasında ana südünə üstünlük verilməsidir. Nazir müavini qeyd edib ki, uşaq qidalarının satışı və reklamı ilə məşğul olan bəzi şirkətlər bu sahədə düzgün təbliğat […]

İŞİD Tacikistan-Özbəkistan sərhədində – 15 terrorçu öldürülüb

Tacikistan – Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına silahlı hücum edilib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, 20 silahlı şəxs Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib Hücum edən silahlılar İŞİD terror təşkilatının üzvləri olub. Bu barədə  Tacikistan Milli Təhlükəsizlik Komitəsi […]

Beynəlxalq Böhran Qrupunun prezidenti Azərbaycanda səfərdədir

Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Malley Azərbaycanda səfərdədir. APA-nın xəbərinə görə, bu barədə R. Malley “Twitter”də bildirib. O, Azərbaycanda rəsmi şəxslərlə, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşlər keçirdiyini qeyd edib. R. Malley Bakıdan sonra Yerevana səfər edəcəyini vurğulayıb.

Sabahın hava PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 […]

Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib

Avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib. “Report” xəbər verir ki, F.Gülalıyeva həyat yoldaşının müalicəsinə yardım etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib: “Hazırda Oqtay Gülalıyevin vəziyyəti kritik ağır olaraq qalır. İkinci dərəcəli koma vəziyyətindədir. Heydər Əliyev Fondu bizim istəyimizi nəzərə alaraq Oqtay Gülalıyevin […]

BNA avtobus toqquşmasının səbəblərini AÇIQLADI

Bakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 4-də iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Bu barədə “Cümhuriyyət”ə BNA-nın mətbuat xidmətindən bildirilib ki, Nizami rayonunun Qara Qarayev prospektində “Azlənd Plaza” MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə […]

Tramp administrasiyası “erməni soyqırımı”nın tanınmasına qarşı çıxdı

ABŞ Prezidenti Donald Trampın administrasiyasında Konqresin Nümayəndələr Palatasında qəbul edilmiş “erməni soyqırımı”nın tanınması və Türkiyəyə qarşı sanksiyaların tətbiqi barədə qətnamələrin əleyhinə çıxıblar. Virtualaz.org bildirir ki, bu barədə Bloomberg məlumat yayıb. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi nəşrə açıqlamasında deyib: “Soyqırımı haqqında qətnamənin, Suriyaya müdaxiləyə görə Türkiyənin qınanması ilə eyni vaxtda qəbulu uyğun olmayan məqamda edilib və […]

“Zobu” ləqəbli şəxs saxlanılıb

Kürdəmir rayonunda evdən oğurluq edən “Zobu” ləqəbli şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış […]

Azərbaycanda ingilis dilini bilmə səviyyəsi çox aşağıdır – HESABAT

Dünyada ingilis dilində ən yaxşı danışanlar Niderland sakinləridir. “Report” xəbər verir ki, bu barədə “The English Proficiency Index”in (EPI) 2019-cu ilin yekunları üzrə hesabatında bildirilib. Siyahıda İsveç ikinci, Norveç isə üçüncü yeri tutub. İngilis dilində çox yaxşı (very high) danışılan ölkələr arasında Danimarka, Sinqapur, Cənubi Afrika, Finlandiya, Avstriya, Lüksemburq və Almaniya da var. Qonşu ölkələrdən […]

Nazir müavini internetin sürətinin aşağı olması barədə – “Bu fikirlər tam əsassızdır”

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib. “APA-Economics”in məlumatına görə, E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu, tam əsassız fikirlərdir. Nazir müavini Azərbaycanda internetin inkişaf səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Ölkəmizdə ən qabaqcıl İnternet texnologiyaları tətbiq olunur. İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930