Prezident Bilal Əliyevə ev hədiyyə etdi

Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə ev bağışlayıb. İfaçı bu barədə sosial şəbəkədə yazıb: “Cənab Prezident, bu gün bizim ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Siz təmirsiz, şəraitsiz evdə yaşamağımı, 60 illik yubileyimi nəzərə alaraq, mənə gözəl bir mənzil hədiyyə etdiniz. Buna görə bütün ailəmiz, Bilal Əliyev sevənlər adından sizə sonsuz minnətdarlığımı bildirirəm. Allah sizi qorusun”.

İlham Əliyev bir qrup din xadimini qəbul etdi – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: – Sizə bir daha “Xoş gəlmisiniz!” demək istəyirəm, sizi yenidən görməyimə şadam. Çox şadam ki, Şimali Qafqaz respublikalarının dini liderləri Azərbaycanda tez-tez qonaq olurlar. Artıq […]

İstirahət günlərinin HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb. ETSN-nin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı, 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda  8-13, dağlıq rayonlarda […]

İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra […]

Rəfail Piriyev deportasiya ediləcək

Qaçdığı Fransadan yenidən Almaniyaya gətirilən Rəfail Piriyev adlı Azərbaycan vətəndaşının barəsindəki deportasiya qərarı icra ediləcək. “Report”un Avropa Bürosunun əldə etdiyi məlumata görə, R.Priyev ötən gün Fransadan təyyarə ilə Almaniyanın Hamburq əyalətinə gətirilib. O, hazırda hava limanının yaxınığında yerləşən “Deportasiya mərkəzi”ndə saxlanılır. R.Priyev mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib, onları təhqir etdiyi üçün tək nəfərlik […]

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri oktyabrın sonu və noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan […]

Gömrük əməkdaşları Naxçıvanı Azərbaycandan ayırıb? – Prezidentə şikayət

Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib? Son dövrlər yenidən gömrükdə rast gəlinən neqativ halların, gömrük orqanlarından şikayətlərin artması müşahidə olunmaqdadır. Bununla bağlı demək olar ki, hər gün mətbuatda yazılar dərc olunur. Gömrük əməkdaşlarının bir çoxunun vətəndaşlarla kobud rəftarı, onlardan əsassız rüsumlar tələb etməsi, verməyənlərin mallarının qanunsuz olaraq əllərindən alınmasına dair çoxsaylı iddialar, faktlar var. Hətta […]

Xaricdə təqaüdlə təhsil alan gənclərin sayı AÇIQLANDI

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib. Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, bu tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər […]

Azərbaycanda şəkərli diabet xəstələrinin SAYI

“Bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var. Yəqin bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var”. “Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib. Onun sözlərinə görə, II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət xəstəliklərindən xəbərsiz olur: “Ona görə də həmin […]

“Zaminbank”ın mənimsəmədə təqsirləndirilən vəzifəlilərinə şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri – Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report” xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Qeyd edək ki, dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930