AFFA Həmkarlar İttifaqı problemlə üzləşdi

AFFA Həmkarlar İttifaqının bu gün keçirilməli olan mətbuat konfransı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, buna tədbirin təşkil ediləcəyi “Altus” oteldə probleminin yaranması səbəb olub. Belə ki, konfransın təşkilatçıları və media nümayəndələri adıçəkilən məkana buraxılmayıblar. Buna otelin həmin zalında təmir işlərinin başlanılması səbəb olub. Otelin əməkdaşları bunu su xəttindəki problemlərin yaranması, bu səbəbdən də zalın […]

Ərdoğan Merkelə maraqlı hədiyyələr verib

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb. “Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, A.Merkel bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türk-Alman Universitetinin yeni binasının açılış mərasimində iştirak edib. R.T.Ərdoğan çıxışında Liviyadakı son vəziyyətə toxunaraq sabitliyin təmin edilmədiyi təqdirdə xaosun Aralıq dənizi hövzəsinə təsir edəcəyini bildirib. A.Merkel isə vaxtilə almaniyalı alimlərin Türkiyəyə sığındığını, indi […]

“Koronavirusun digər ölkələrə yayıla biləcəyi ehtimal olunur” – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin yeni koronavirus (2019-nCov) alovlanması ilə bağlı bəyanat yayıb. “Cümhuriyyət”ə daxil olan məlumata görə, ÜST-nin Baş direktoru Çin Xalq Respublikasında meydana çıxan, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini […]

Həcc ziyarətinin qiymətləri AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək olanların kvotası müəyyənləşdirilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az -a verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə 1550 nəfər gedəcək. Həcc ziyarətinin qiyməti isə 4490 dollar müəyyən olunub.

Dövlət qulluğuna qəbul olmaq istəyənlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 25-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək. DİM-dən “Cümhuriyyət”ə verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya […]

Yeni məktəbli formaları neçəyə olacaq? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyində 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. Layihədə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən […]

“Azneft”də yeni təyinatlar olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub. “Azneft”dən verilən məlumata görə, Elmir Qaragözov Birliyin baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov isə baş mühəndisin hasilat üzrə müavini təyin ediliblər. Bu münasibətlə “Azneft” İB-də təqdimat mərasimi keçirilib. Əvvəlcə, SOCAR-ın İnsan Resursları Departamentinin Personalın uçotu şöbəsinin rəisi Mahal Mehdiyev və “Azneft” İB-nin İnsan Resursları […]

ÇİNDƏ QORXUNC MƏNZƏRƏ – Koronavirus insanları küçənin ortasında öldürür… + FOTOLAR

Çinin Vuhan şəhərindən dünyaya yayılmağa başlayan və 2029-nCOV kod adı verilən koronovirusla bağlı vəziyyət getdikcə dramatik xarakter alır. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, həmin şəhərdə virusdan ölənlərin sayı onlarla ölçülür. Çin mediası ölənlərdə yarısından çoxunun yaşının 80-dən çox olduğunu bildirir. Ölüm hallarının çoxu Vuhan şəhərinin aid olduğu Hubei bölgəsində baş verdiyi bildirilir. Çin […]

Anar yenidən AYB sədri olacaq

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib. O bildirib ki, AYB-nin qurultayının tarixi haqqında hələ ki, dəqiq bir məlumat yoxdur: “Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəm”.

ÜST-nin icraçı direktoru vəfat edib

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Piter Salama vəfat edib. APA-nın məlumatına görə, bu barədə ÜST-dən bildirilib. Həkim-epidemioloq P. Salama ÜST-nin səhiyyə sahəsində fövqəladə hallar üzrə icraçı direktoru olub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031