“Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm…” – Məzahir Pənahov

“Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, deputatlığa namizədliyi qeydə alınmış namizədlər sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalıdır: “Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki […]

“Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” – Səfir

“Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.   APA-nın yerli bürosunun xəbərinə görə, bunu Bərdədə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.   Səfir bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır.   “Biz də bu münaqişənin həllini tapmasını gözləyirik. Böyük Britaniya Azərbaycan […]

Qohumluq əlaqələri müəyyənləşən şəhid Yevlaxda dəfn olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) Azərbaycan Respublikasının Baş prokuroruna müraciəti üzrə Bakı Hərbi Məhkəməsinin Qərarına uyğun olaraq, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistan Respublikasının silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş […]

Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq – Xəbərdarlıq

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə bildirilib ki, yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin […]

Ölkəyə pirat dərsliklər gətirməkdə təqsirləndirilən şəxslərə bəraət verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şahmar Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   APA-nın xəbərinə görə, bu barədə vəkil Səlahəddin Cəfərov məlumat yayıb. Onun sözlərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxsə […]

Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi tapılıb

Çinli təbiblər 2019-nCoV adlı koronavirusun törətdiyi yeni tip pnevmoniyanın müalicəsi üsulunu tapıblar. “Report” “The Paper”ə istinadən xəbər verir ki, xəstəliyin yayılmağa başladığı Vuhan şəhərində uğurla sınaqdan keçirilən yeni üsul xəstənin qana oksigen vurulması (ECMO – Extracorporeal Mambrane Oxygenation) cihazına qoşularaq ağciyərlərin fəaliyyətini müvəqqəti dayandırıb onların müalicəsini həyata keçirməkdən ibarətdir. Bunu Vuhan Universitetinin “Jonqnan” hospitalının direktoru […]

Gələcəyin keçmişlə görüşü: Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşdü…

Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudov rayonun ən yaşlı seçicisi ilə görüşüb. Gələcəyin keçmişlə qarşılaşması kimi də xarakterizə edilə bilən bu görüşdə, R.Mahmudov 109 yaşlı Mələk Tahirova ilə səmimi söhbət edib, onun istək və arzuları ilə maraqlanıb. R.Mahmudov bu barədə sosial şəbəkədəki hesabında aşağıdakıları yazıb:   “Rayonumuzun ən […]

Bakıda yaradılan mərkəzi rayonun yerləşəcəyi ərazilər açıqlanıb

“Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə fikir səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır”.   “Report” xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.   Ə.Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” […]

Mehriban Əliyeva Mixail Qusmanı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.   APA-nın xəbərinə görə, Mehriban Əliyeva çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Qusmanın cavan qalmağı bacardığını, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olduğunu […]

Ötən il məhkəmə qərarlarının icrasından yayınan 493 şəxs barəsində cinayət işi başlanıb

Ötən il qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4712 şəxs inzibati məsuliyyətə cəlb edilib. Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,  2019-cu ildə 2808 nəfər inzibati qaydada həbs olunub. Məlumata əsasən, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində cinayət işi başlanılıb. Həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031