Qızıl bazarında vəziyyət necədir? (ŞƏRH)

“Qızıl bazarında qiymətlər ucuzlaşacaq”. Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, qeyd edib ki, son günlər qızıl bazarında qiymətlərin enməsini müşahidə edilir: “İki gün ərzində dünya bazarında qızılın qiyməti 200 dollar aşağı enib. Bunun səbəblərindən biri dünyada yatırımçıların nağd pula üstünlük verməsidir. Əllərində olan istəlinən aktivləri sataraq nağləşdirməyi düşünürlər. Açığı bu Azərbaycana bir […]

Azərbaycanda daha 3 koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan  verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Qərargah […]

İŞİD-i maliyyələşdirməkdə ittiham edilən azərbaycanlılara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində terror təşkilatı kimi tanınan İraq-Şam İslam Dövləti (İŞİD) adlı təşkilatın tərkibində döyüşənləri maliyyələşdirməkdə təqsirləndirilən Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsaəsn, Sahil İbrahimov və İlqar Ağayevin hər biri 12 il, Namiq […]

Beynimizdə qorxu necə əmələ gəlir? – ARAŞDIRMA

Alimlər insan beynində qorxu hissinin necə “möhkəmlənməsinin” səbəblərini araşdırıblar. “Report” “Nature” jurnalına istinadən xəbər verir ki, araşdırmanı Kaliforniya Universitetinin bioloqları Cun-Hön Ço və Vunq Bin Kim aparıblar. Onlar beyində müəyyən hadisə ilə assosiasiya olunan qorxunun necə “möhkəmlənməsini” aydınlaşdırıblar. Beyində bu mexanizmə cavabdeh hippokamp və amiqdalanın olduğu müəyyənləşib. Tədqiqatçılar bu nəticəyə siçanlar üzərində aparılan təcrübəyə əsaslanaraq gəliblər. […]

Azərbaycan Premyer Liqasının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu çempionatlar tarixinin ən məhsuldar 10 futbolçusu siyahısında heç bir dəyişikliyə səbəb olmayıb. Apasport.az saytının məlumatına görə, bu da onunla bağlıdır ki, ən yaxşı 10 bombardir karyerasını başa vuranlardan ibarətdir. Hələ çıxışını davam etdirənlər isə liderlərdən çox uzaqdır. “Top-10”dakı oyunçuların hamısı 100 qol səddini aşıb. Cari mövsümdə Premyer Liqada […]

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş şəxslərin sayı 34 nəfərə çatıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Hazırda ölkədə karantində saxlanılanların sayı isə 1008 nəfərdir. Qeyd edək ki, Gürcüstanda virusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Almaniyada azərbaycanlılar qaçqın düşərgəsindən koronavirusa görə təxliyyə olunublar

Almaniyanın paytaxtı Berlindəki qaçqın düşərgəsi koronavirus səbəbindən bağlanıb. “Report”un Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, ötən gün sığınacaq axtaranlardan biri koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. Onun qan və tüpürcək analizinin nəticəsi pozitiv çıxıb. Berlin bələdiyyəsi və səhiyyə idarəsi düşərgənin dərhal bağlanması, sakinlərin isə, yaxınlıqdakı məktəb binasında karantin altında saxlanılması ilə bağlı qərar verib. Ötən […]

Bakıda piyadanı öldürən sürücüyə bəraət verilib

Binəqədi rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rüfət Kazımovun cinayət işi üzrə məhəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, R. Kazımovun əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb Hökmlə razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Bakı Apelyasiya Məhkəməsində hakim Mizəli Abbasovun sədrliyi keçirilən prosesdə […]

Daha bir məşhur aktyorda koronavirus aşkarlandı

Britaniyalı aktyor İdris Elbaya koronavirus diaqnozu qoyulub. “Report” xəbər verir ki, bunu aktyor “Twitter” səhifəsində yazıb. 47 yaşlı aktyor bildirib ki, onda virusun heç bir simptomu olmasa da, martın 16-da onda koronavirus aşkarlanıb. İ.Elba insanları evdən bayıra çıxmamağa və praqmatik olmağa çağırıb. Qeyd edək ki, İdris Elba əsas məşhurluğunu “28 həftə sonra” (2007), “RoknRolla” (2008), […]

ABŞ-da koronavirusdan ölənlərin sayı artdı

ABŞ-da koronavirusdan ölənlərin sayı 85 nəfərə çatıb. “Report” xəbər verir ki, məlumatı “Ahaber” yayıb. Bildirilib ki, Qərbi Virciniya ştatı istisan edilməklə ölkədə virusa yoluxanların sayı 4 661 nəfərə çatıb. Qeyd edək ki, ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq edilir. ABŞ prezidenti Donald Tramp ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözlədiklərini bildirib. Xatırladaq ki, koronavirus infeksiyası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031