Ermənistan parlamentində kütləvi dava

Ermənistan parlamentində kütləvi dava baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əvvəlcə “İşıqlı Ermənistan” müxalif fraksiyasının rəhbəri Edmon Marukyanla “Mənim addımım” partiyasından olan deputat Sasun Mikaelyan arasında mübahisə yaranıb. Çıxış zamanı Marukyanın Mikayelyanı “dayı” adlandırması qarşı tərəfi hiddətləndirib və həmkarlar arasında əlbəyaxa dava düşüb. Mikaelyan Marukyanı hədələyərək vurub. O, isə kürsüdən bildirib: “döysəniz də, döyməsəniz […]

Sumqayıtda iki avtobus toqquşdu

Sumqayıtda iki avtobus toqquşub, qəzada 14 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, şəhərin Sülh prospektində baş verən qəzaya səbəb ara məsafəsinin saxlanılmaması olub. Baş vermiş hadisədə 14 nəfər xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərdən 12-sinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə yola salınıblar, 2 nəfər isə stasionar müalicə […]

Epidemiya dövründə mafiya: “Koza Nostra” insanlara ərzaq paylayır “BU, ÇOX TƏHLÜKƏLİDİR, ONLAR ƏVƏZSİZ HEÇ NƏ VERMİR…”

Koronavirus epidemiyası minlərlə insanın həyatına son qoymaqdaykən İtaliya mafiyası bu vəziyyətdən yararlanmaqla məşğuldur. Məmurların dediyinə görə, xeyli sayda insan mafiyanın uzatdığı “yardım əlini” tutmaq məcburiyyətində qalıb. “Cosa Nostra” adlı mütəşəkkil cinayətkar qrupun liderinin qardaşı Siciliyanın Palermo şəhərində yoxsullara ərzaq paylayır. “İnsanlar mənə zəng vurub ağlayır, uşaqlarının ac olduğunu deyirlər. Ona görə də belələrinə kömək edirəm. […]

ÜST: pandemiya ilə mübarizəyə ilin sonuna qədər 1.7 milyard dollara gərəkdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə mübarizəyə 2020-ci il üçün yenilənmiş strateji planına əsasən 1.7 milyard dollar maliyyə tələb ediləcək. Cumhuriyyet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Cenevrədəki diplomatik brifinq zamanı təşkilatın baş direktoru Tedros Adan Gebreyesus bildirib. Bu plan 2020-ci ilin sonuna qədər tətbiq ediləcək və əsasən “ÜST-ün daxili əməliyyatları üçün duyulan […]

Yaponiya hökuməti fövqəladə vəziyyətin ləğvini hər həftə müzakirə edəcək

Yaponiya hökuməti fövqəladə vəziyyət rejiminin ləğvi məsələsini hər həftə mütəxəssislərlə müzakirə etməyi planlaşdırır. Cumhuriyyet.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya İqtisadiyyatın Bərpa naziri Nişimura Yasutoşi məlumat verib. Həmçinin koronavirusla mübarizəyə cavabdeh olan N.Yasutoşi Yaponiyanın nəhəng işgüzar assosiasiyalarının liderləri və prefekturaların nümayəndələri ilə keçirilən telekonfrans zamanı onları insanlar arasında təmasları azaltmaq yolu ilə koronavirusun yayılmasının […]

Bu ölkədə izolyasiya rejimi mayın 9-dan ləğv edilir

Pakistanın hökumət başçısı İmran Xan koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan izolyasiya rejiminin mayın 9-dan ləğv ediləcəyini deyib. Cumhuriyyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, İmran Xan məhdudiyyətlər səbəbindən vətəndaşların əziyyət çəkdiyini və bundan sonra izolyasiya rejiminin uzadılmaması barədə qərar qəbul edildiyini bildirib. Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometers saytının məlumatına əsasən, Pakistanda […]

İranda baş verən zəlzələdə 1 nəfər ölüb, 11 nəfər yaralanıb

07:48 Tehranda baş verən zəlzələ zamanı 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Cumhuriyyet.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri PirHüseyn Kulivand deyib. Bildirilir ki, həlak olan şəxs Gilavənd şəhərinin 60 yaşlı sakinidir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. ———- 01:38 İranın paytaxtı Tehranın Dəmavənd bölgəsində və Mazandaran əyalətində 5,1 gücündə zəlzələ […]

Mayk Taysona əlcəksiz döyüşdə iştirak üçün 20 milyon dollar təklif edilib

Boks üzrə keçmiş dünya çempionu amerikalı Mayk Taysona əlcəksiz döyüşdə iştirak üçün 20 milyon dollar təklif edilib. Cumhuriyyet.az Trend-ə istinadən xəbər verir ki, daha əvvəl M.Tyson rinqə qayıtmaq barədə düşündüyünü bildirib. Boksçunun hazırda 53 yaşı var. İdman karyerası boyunca 58 döyüş keçirib, bunlardan 50-də qalib gəlib (44-ü nokautla) və 6-da məğlub olub, daha iki döyüş […]

Karantin Almaniyanın hər vətəndaşından gündə təxminən 60 avro “oğurlayır”

Almaniya alimləri hesablayıblar ki, koronavirus karantini ölkənin bir sakininə gündə təxminən 60 avroya başa gəlir. Cumhuriyyet.az AZƏRTAC-a istinadən bildirir ki, karantinin bir həftəsi Almaniya iqtisadiyyatına 35 milyard avroya, yəni gündə 5 milyard avroya başa gəlir. Onların hesablamalarına görə, ölkə İkinci Dünya müharibəsi başa çatandan bəri ən pis tənəzzül dövrünü yaşayır. Alimlər hesab edirlər ki, hökumətin […]

Çində ötən sutkada koronavirusa 1 yoluxma halı qeydə alınıb

Çində ötən sutka ərzində yeni növ koronavirusa 1 yoluxma halı qeydə alınıb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən xəbər verilib. Məlumata əsasən, yoluxma halı şimal-şərq Zilin əyalətində aşkarlanıb. Bölgə rəhbərliyi yoluxan şəxsin 45 yaşlı qadın olduğunu təsdiqləyib. Bildirilir ki, ölkədə hazırkı dövrədək xaricdən gələn vətəndaşlar arasında […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler