Gürcüstan və Ermənistanda koronavirusla bağlı son statistika

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 5 nəfər artaraq 652-yə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 12-yə çatıb, 383 nəfər isə sağalaraq evinə buraxılıb. Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın […]

Baş redaktora cinayət işi açıldı – RƏSMİ

Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.az-a açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə […]

Adınızı siyahıda yenidən yoxlayın – Xəbərsiz verilən yardım…

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində işini itirmiş şəxslərə hökumət 190 manat birdəfəlik yardım təyin edib. Prezident İlham Əliyevin tapşırığı ilə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 min nəfərə çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin 9-dan ödəniş prosesi həyata keçirməyə başlayıb. Lakin bəzi insanlar bildirirlər ki, xəbərləri olmadığı halda onların adına yardım ayrılıb, amma […]

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “Qusar rayonunda həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 000 […]

Qüdrət Həsənquliyev: “Ordu rəhbərliyi milli kadrlarla gücləndirilməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi – Qüdrət bəy, mayın 12-də Mütəllibovun 83 yaşı tamam oldu. O bu münasibətlə verdiyi açıqlamada bildirib ki, “hamı birləşsə, hər kəs əlindən gələni etsə, əsas problemlərimizi qısa bir müddətdə həll edə bilərik, tez vaxtda gücümüzü səfər edərək torpaqlarımızı azad etməliyik”. […]

İki icra başçısının sərvəti açıqlandı – Gözqamaşdıran siyahı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir-birinin ardınca müxtəlif dövlət orqanlarında əməliyyatlar keçirir, korrupsiya əməllərində şübhəli bilinən məmurlar həbs olunur. Xüsusi yeri icra başçıları tutur. Ötən ilin oktyabrından başlayan bu əməliyyatlar nəticəsində həbs olunanların əksəriyyəti icra başçılarıdır. Bu əməliyyatlar ayrı-ayrı rayonlara rəhbərlik edən şəxslərin onminlərlə, yüzminlərlə manat rüşvət aldığını, korrupsiyaya yol verdiyini üzə çıxarır. Sosial şəbəkələrdə yazılanlardan […]

ABŞ-da ermənilərlə bağlı ŞOK SƏNƏD TAPILDI – Hər şey ÜZƏ ÇIXDI

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkarlanıb. Azsabah.com-a bu barədə Baş Konsulluqdan məlumat verilib. Belə ki, 4 may 1945-ci il tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, […]

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

6Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar verilib. Bildirilib ki, yoluxma hallarının sayının kifayət qədər çox olması bu qərarın verilməsinə səbəb olub. Belə ki, son 24 saatda daha 142 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb daha […]

“Mən Messi və Ronaldodan yaxşı futbolçuyam”

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan Edilson açıqlaması ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, 48 yaşlı sabiq oyunçu Braziliya telekanalların birində Lionel Messi, Kriştianu Ronaldo və Neymardan daha yaxşı olduğunu deyib: “Ən yaxşı vaxtlarımda Neymardan daha yaxşı oynadım. Məndən yaxşı olmaq üçün Neymar və Messi dünya çempionu olmalıdırlar.Kriştianu Ronaldoda sadəcə güc var. […]

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 3 nəfərdə koronavirus aşkarlanıb, 6 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, yoluxma hallarının hamısı yerli sakinlər arasında aşkarlanıb (ikisi Lyaonin, biri isə Tszilin əyalətində). Çində ümumilikdə 82 929 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 195 pasiyent […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler