Bakıda küçəyə çıxmaq yasaqlandı, binanın başında manqal qaladılar – VİDEO

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri çərçivəsində evdən çıxmaq yasaqlansa da, bunu özünəməxsus şəkildə pozanlar var. Oxu.Az xəbər verir ki, qaydalara əməl etməyən Bakı sakinləri şəhərin mərkəzində, binanın damında manqal qalayıblar. Onların manqal macərası kameraların yaddaşına əks olunub. Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və […]

Türkiyədən Yunanıstanın “müharibə” təhdidinə cavab: Ordumuz istənilən an…

Türkiyə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulosun “Türkiyə ilə müharibəyə hazırıq” açıqlamasına reaksiya verib. Publika.az xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ordunun bütün vəzifələrə hazır olduğunu bildirib. “Bunu demək məcburiyyətindəyəm. Bu, kimisə təhdid etmək, yaxud kiməsə qarşı təxribat deyil. Lazım olarsa, Silahlı Qüvvələrimiz veriləcək hər cür vəzifəni yerinə yetirə biləcək gücdədir. Türkiyə dövlətini qorumaqda […]

Azərbaycanlı deputatın yaxın qohumu koronovirusdan öldü

Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib. Bu barədə deputatın özü məlumat verib. Onun sözlərinə görə, 64 yaşlı əmimisi qızı dünən koronavirusdan ölüb: “Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən […]

Azərbaycanlı həkim karantindən danışdı: “Sadə xalqın üzərinə bu qədər getmək olmaz”

“Yoluxmaların tezliyi və sayı son günlər yüksək olduğuna görə həftəsonları yenidən vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq”.  Bu iki günlük qadağa virusun yayılmasının qarşısını alacaqmı?  Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, əslində, mübarizənin birinci mərhələsində rəsmi olaraq […]

Bir gündə minə yaxın şəxs cərimələndi

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən 900 nəfər cərimələnib”. “Report” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan (6 iyun saat 00.00) bu gün saat 17.00-a qədər 900-ə […]

“Sülhəddin bəyin agent siyahısında Pənah Hüseynlə İsa Qəmbərin adları olub”

Oqtay Qasımov: “Arxiv və agentura şəbəkəsinin açılmasının əleyhinə çıxış edənlərdən biri də Sülhəddin Əkbərin özü olub” “Sülhəddin Əkbərin fikirlərində Əbülfəz Elçibəyə böhtan atmaq meyli var” “O, bəzi siyasətçilərin telefon dinləmələrini Prezidentə təqdim edib…” Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqət çəkən açıqlamalar […]

Pandemiyadan sonra bizə çipi necə quraşdıracaqlar?

Koranavirus bəlası dünyaya yayılandan bəri Çinlə bərabər adı dillərdə əzbər olan bir nəfər var:  “Microsoft”un qurucusu Bill Qeyts. Amma onu məşhurlaşdıran öz həyat yoldaşı Melinda ilə birgə “COVID 19” ilə mübarizəyə 100 milyon dollar məbləğində yardım etməsi deyil. Bu faktı az adamlar yada salır. Bakılı taksi sürücüsü deyir ki… Azərbaycanda da Bill Qeytsə virusun yayılmasından […]

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

Azərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 153 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir. Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus […]

Paşinyanın adı siqaret qaçaqmalçılığında: rus kəşfiyyatı araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. “Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “İrates” qəzeti yazıb. Qəzetin yazdığına görə, koronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret […]

KİV-ə pandemiya qadağası: qərar doğrudurmu? – Ekspert rəyləri

Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2020
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930