Minskdə etirazlar başladı: yaralılar var

Belarusun paytaxtı Minskdə “Qələbə” meydanı yaxınlığında müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd edib. Axar.az RİA-a istinadən xəbər verir ki, meydana onlarla insan toplaşıb. Meydan ətrafında həmçinin 15 xüsusi polis maşının olduğu deyilir. Məlumata görə, polis aktivistləri saxlamağa başlayıb. Sputnik Belarus isə polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyini, yaralananların olduğunu bildirir.

Kaşpirovskidən Putinə müraciət: “Bill Qeytsin planıdır, çox sayda adam öləcək…”

Bir zamanların məşhur ekstrasensi Anatoli Kaşpirovski Prezident Putinə müraciət edib. Cebhe.info xəbər verir ki, o, Putini əhalinin kütləvi surətdə koronavirusa qarşı peyvənd etdirilməsindən çəkinməyə çağırıb. Kaşpirovski bildirib ki, bəşəriyyət müxtəlif zamanlarda belə pandemiyalarla üz-üzə qalıb. Bura taun, vəba, quş qripi, ispan qripi kimi xəstəliklər daxildir: “İndi də koronavirusdur. İndiki statistik məlumatlar da göstərir ki, onun […]

Belarusda seçki gərginliyi: Lukaşenkonun Türkiyəyə uçdu, şəhərə qoşun yeridildi

Bu gün 10 milyona yaxın əhalisi olan Belarusda kritik prezident seçkisidir. Pandemiya səbəbindən avqustun 4-dən etibarən səsvermə başlayıb. Seçicilərin a22 faizdən çoxunun səs verdiyi deyilir. Seçkidə hazırkı prezident Aleksandr Lukaşenko ilə yanaşı, Svetlana Tixanovskaya, parlamentin keçmiş deputatı Anna Kanopatskaya, Belarus Sosial-Demokrat “Qramadı”nın sədri Sergey Çereçeni və “Həqiqəti danış” İctimai Birliyinin həmsədri Andrey Dmitriyev mübarizə aparır. […]

Kərəm Həsənovun oğlu və əmisioğlanlarının macəraları- VİDEO

Azərbaycanın XX əsrin sonlarında yaşadıqları bütöv bir nəslin yaddaşında yaralı iz buraxdı. Qarabağdan, İrəvandan qaçqın düşən uşaqlar böyüdü, təhsil aldı, ailə qurdu, hətta özlərinin də uşaqları oldu… Aralarında bəlkə də hansısa cinayət törədəni oldu, məişət zəminində kiminsə kimisə bıçaqlaması da baş verdi, inkar etmirik. Amma bu, gözlənilən kimi bir dalğa olmadı, tendensiyaya çevrilmədi. Və cəmiyyət […]

Azərbaycanda koronavirusla bağlı ŞAD XƏBƏR: Yoluxma iki rəqəmliyə endi

Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 33 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 364 nəfər müalicə […]

Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi – Video

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib. Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.

Hindistanda COVID-19 xəstələrinin olduğu hoteldə yanğın – 7 ölü, 15-dən çox yaralı + Video

Hindistanda koronavirus xəstələrinin karantində qalması və müalicə olunması məqsədilə istifadə olunan “Svarna palas” hotelində baş vermiş yanğın nəticəsində azı 7 nəfər dünyasını dəyişib, 15-dən çox insan yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “NDTV” telekanalı xəbər verib. Yanğın Andxra-Pradeş ştatının Vicayvade şəhərində baş verib. “Hadisə nəticəsində yeddi nəfər həlak olub, 15-20 nəfər xəsarət alıb. Onları təcili […]

5 əlavə ekspress xətt istifadəyə veriləcək

Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır.  Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, […]

Tovuzdakı arvadını qətlə yetirən ər saxlanıldı

Avqustun 8-də saat 15 radələrində, Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. Respublika Baş Prokurorluğundan “Report”a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma […]

Ermənilərin soydaşlarımıza qarşı cinayətləri Xorvatiya mətbuatında

Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Könül Nurullayeva Xorvatiya mətbuatı vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasəti və erməni diaspor üzvlərinin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərə yönəldib. “Report”un məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31