ÜST-dən dünya dövlətlərinə gözlənilməz çağırış – Karantin tətbiq etməyin

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi. Virtualaz.org xatırladır ki, uzun müddət idi ÜST dünyanın demək olar ki, bütün ölkələrinə, pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. Və budur, indi təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci […]

Minlərlə koronavirus xəstəsi pulsuz dərmanlarla təmin olunub

“Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub”. Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin nəzdində yaradılmış İşçi qrupunun üzvü İnara Makayeva deyib. O bildirib ki, bu ilin iyun ayının sonunda yaradılan İşçi qrupun əsas vəzifəsi Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin işini əlaqələndirməkdən ibarətdir: “İşçi qrupda simptomatik […]

Müəllimlərin maaşının azaldılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri yoxdur”. Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək: “Ənənəvi tədris planları qalacaq. Burada müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.

Təhsil Nazirliyindən vacib AÇIQLAMA: Şagirdlər müəyyən qrafiklə məktəbə gedəcək

“Seyrəldilmiş şagird cədvəlində 3 tərəfdən ixtisarlara gedirik”. Oxu24.com -un  məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, şagirdlər müəyyən qrafiklə məktəbə gələcək: “Təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldıması ilə çox böyük məktəblərdə də optimal nəticəyə gələ bilərik”. […]

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib. Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan  Bəkirov Rusiya HDD-nın Xəzər […]

Azərbaycanda günün koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq […]

Məktəblərin açılmasına dair müzakirələr gedir

Avqustun 17-də  Milli Məclisin (MM) Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda  konfransı keçirilib. Konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası  şəraitində  növbəti tədris ilində  təhsil  müəssisələrinin fəaliyyətinin  bərpası ilə bağlı  məsələlər  müzakirə olunub. Bildirilib ki, yeni tədris ilində təhsil  müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın […]

“Mançester Siti” Qvardiolanın yerinə məşhur məşqçini gətirir

Pep Qvardiola “Mançester Siti”dən ayrılarsa, onu Mauriso Poçettino əvəzləyəcək. Offsideplus.az xəbər verir ki, “Siti”nin Çempionlar liqası 1/4 final mərhələsində “Lyon”a məğlub olaraq turnirlə vidalaşması Qvardiolanın istefasını gündəmə gətirib. Klub rəhbərliyi əgər Qvardiola istefa verərsə, “Tottenham”ın keçmiş baş məşqçisi olan Poçettinonu kluba gətirmək istəyir. Klub azarkeşləri də Poçettinonun kluba baş məşqçilik etməsinin tərəfdarıdır.

Masallıda karantinlə bağlı qanunsuz arayışlar verən icra nümayəndəsi həbs edildi

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Masallı rayon prokurorluğundan verilən məlumata görə, belə ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq […]

“Belarusa rəhbərlik etməyə hazıram” – Tixanovskaya əhaliyə müraciət etdi

Belarusun müxalifət siyasətçisi Svetlana Tixanovskaya mübahisəli seçkidən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib. Avqustun 16-da “YouTube”-da yerləşdirdiyi videomüraciətdə Tixanovskaya yeni ədalətli seçkinin keçirilməsini təmin edəcək hüquqi çərçivə yaratmağa çağırıb. Rəsmi seçki orqanının 80 faiz səslə qalib elan etdiyi Lukaşenko isə bu təklifi dərhal rədd edib. 37 yaşlı Tsikhanouskaya hazırda Litvadadır, videobloqer ərinin həbsindən sonra seçkiyə qatılıb. O deyib ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31