Ağstafada yeni təyinat – FOTO

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Əziz Məsmalıyevi yüksək vəzifəyə təyin edib. Mediaxeberleri.az xəbər verir ki, Əziz Məsmalıyev Ağstafa rayon Gənclər və İdman İdarəsinə rəis təyin edilib. Mehdiyev Naqif Vaqif oğlu isə İnformasiya təminatı və təhlil sektoru müdiri vəzifəsinə təyinat alıb. İcra başçısının digər əmri ilə İbrahimov Kənan İlham oğlu icra başçısının müavini, Sosial–iqtisadi […]

Bakıda dəhşətli hadisə: Qadın 11-ci mərtəbədən düşdü

Bakının Yasamal rayonunda ölümlə nəticələnən hadisə baş verib. APA TV verir ki, rayonun Abdulvahab Salamzadə küçəsində 1979-cu il təvəllüdlü Məmmədova Elnarə Fərman qızı yaşayış binasının 11-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerində ölüb. Qadın mağazanın çardağına dəyərək, yerə düşüb. Yasamal Rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb olunub.

Paşinyanın arvadı özünü biabır etdi: Azərbaycan… — FOTO

Əri Nikol Paşinyandan sonra Anna Hakobyan da özünü biabır edib. Sfera.az xəbər verir ki, erməni baş nazirin arvadı işğal altında olan Davidvəng abidəsindən paylaşım edib. O da əri Nikol kimi növbəti dəfə Dağlıq Qarabağın əsl sahibinin Azərbaycan olduğunu bilmədən sübut edib. Paylaşımda göstərməyə çalışıb ki, guya Ermənistana məxsus belə bir abidə var. Digər tərəfdən isə […]

Rusiyada virusa yoluxanların sayı 923 minə çatır

Rusiyada son bir gündə daha 4 969 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 922 853 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 68 nəfər artaraq 15 685-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 732 968 nəfər […]

Samuxda mikroavtobus aşdı

Samux rayonunun Füzuli kəndi ərazisində günabaxan plantasiyalarında işləyənləri daşıyan mikroavtobus aşıb. “Report”un məlumatına görə, Bəhram Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman əvvəlcə önünə çıxan uzunqulağa qoşulmuş qoşquya çırpılıb, daha sonra isə idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım […]

“BELARUS DƏYİŞİKLİK DÖVRÜNƏ DAXİL OLUB, AMMA…” – “Kreml MDB ölkələrindən, Belarusdan əl çəkən deyil”

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra vəziyyət mürəkkəb olaraq qalır. Mərkəzi Seçki Komissiyasının 6-cı dəfə prezident elan etdiyi Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyaları və tətillər davam edir. Ölkədə bundan sonra proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq isə kifayət qədər çətindir. “AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə müzakirə edib. […]

Filippinli nazir yenidən koronavirusa yoluxdu

Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirusa yenidən yoluxub. “Report” “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Filippinli nazirin özü açıqlama verib. Bildirilir ki, 58 yaşlı nazirdə ilk dəfə mart ayında COVID-19 aşkarlandı və müalicə aldı. “Avqustun 13-də özümdə boğaz ağrısı və bədən ağrıları hiss etdim. Sabahı gün isə analiz verdim. Təəssüflər olsun ki, […]

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır

Ermənistanda daha 168 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 663-ə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 818-ə çatıb. İndiyədək 34 584 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 018 aktiv koronavirus xəstəsi var.

Donald Trampın qardaşı öldü

ABŞ Prezidenti Donald Trampın qardaşı Robert Tramp şənbə günü vəfat edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib: “Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım […]

Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürüldü

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxsi saxlayıblar. Belə ki, şəhər sakini, əvvəllər məhkum […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31