“Hakimiyyətimi qorumaq naminə qan tökülməsini istəmirəm”,

Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.  Bu barədə prezident B. Keyta çıxışında məlumat verib. “Bu dəqiqədən etibarən səlahiyyətlərimin icrasını dayandırmaq qərarına gəldim… Hakimiyyətimi qorumaq naminə qan tökülməsini istəmirəm”, – Mali prezidenti dövlət televiziyasının canlı efirində söyləyib. B. Keyta 2013-cü ildən prezident vəzifəsini icra edirdi. Xatırladaq ki, ötən […]

Məhəbbət Vəliyeva məktəb direktorları ilə videokonfrans keçirib

Bu gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib. Nazirlikdən verilən məlumata görə, görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilən ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara […]

Təhsil naziri özünə daha bir müşavir təyin etdi

Təhsil naziri Emin Əmrullayev daha bir müşavir təyinatı ilə bağlı əmr imzalayıb. “Report”un əldə etdiyi məlumata görə, nazirin əmri ilə bu vəzifəyə Rüstəm Ağayev təyin olunub. Bununla da, E.Əmrullayevin müşavirlərinin sayı artıb. Daha əvvəl Simuzər Feyzullayeva da Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ağayev 2003-cü ildə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasında Pediatriya ixtisası […]

Məhkəmələrin fəaliyyəti sabahdan tam şəkildə bərpa olunur

Azərbaycanda məhkəmələrin fəaliyyəti 20 avqust 2020-ci il tarixindən tam şəkildə bərpa olunur. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Məlumatda deyilir: “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilsin: […]

Polis narkotiki təbliğ edən qadına qarşı əməliyyat keçirdi

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayonu Privolnoye kənd sakini Könül Ağayeva saxlanılıb. O, ifadəsində qeyd […]

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı uzadıldı

Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarında dəyişiklik edilib. “Report” xəbər verir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət […]

Bakı Nəqliyyat Agentliyi 2 milyon manatlıq tenderə yekun vurub

Bakı Nəqliyyat Agentliyi (BNA) işıqfor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə elan etdiyi açıq tenderə yekun vurub. “Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi […]

Mətin Eynullayev nəhənglərin cəmləşdirildiyi yeni dövlət holdinqinin rəhbəri oldu

Mətin Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib. Rəsmi KİV-lərin bildirdiyinə görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Azərbaycan İnvestisiya Holdinqi bir nüçə gün əvvəl prezident İlham Əliyev tərəfindən yaradılıb. Holdinqin yaradılmasında məqsəd Azərbaycanın iri dövlət şirkətlərinin (SOCAR, AZAL, ADY və digərləri) effektiv idarə edilməsidir. Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart […]

Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı

Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün bizə tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik. Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir: “Koronavirusun ikinci dalğası barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Bəli, əgər yoluxma varsa, artma ehtimalı […]

Bakıda 33 dərəcə isti olacaq

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, avqustun 20-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi  gözlənilir.  Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23,  gündüz  29-33, Bakıda  gecə 21-23, gündüz  30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31