Fransada dəhşət: Meyvə-tərəvəz bazarı morqa çevrilir

Fransada böyük bir meyvə-tərəvəz bazarı morqa çevrilir. Axar.az xəbər verir ki, dövlət bu addımı yeni tip koronavirusla mübarizə çərçivəsində atır. Bildirilir ki, paytaxt Parisdə morqlarda artıq yer qalmayıb. Buna görə də, sabahdan etibarən bazar morq kimi istifadə ediləcək. Qeyd edək ki, Fransada pandemiyadan artıq 4 min 32 nəfər ölüb.

Əhaliyə yardım paketi niyə gecikir? – Ekspert

Koronavirus pandemiyası ölkəmizdə bir deyil, bir neçə sahəyə ziyan vurub. Hazırda bu sahələr üzrə dəyən ziyan hesablanır. Bu, çox çətin prosesdir, lakin başda əhalinin aztəminatlı hissəsi olmaqla, bütün vətəndaşlara dəyən ziyan kompensasiya ediləcək. Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov koronavirusla əlaqədar dövlət dəstəyi paketinin hazırlanması ilə bağlı danışarkən deyib. O bildirib ki, yaradılan […]

Maska və əlcəkdən istifadə etməməyə görə cərimə… – Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Report-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: “Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara […]

Fransız həkimin korona təklifi dünyanı silkələdi – Video

Fransada koronavirusa qarşı hazırlanan peyvəndin Afrikada insanlar üzərində sınaqdan keçirilməsini təklif edən professora dünyanın müxtəlif ölkələrindən tənqidlər gəlir. Axar.az xəbər verir ki, Jan Pol Mira adlı həkimin bu təklifinə dünyaca məşhur afrikalı ulduzlar, eləcə də ictimai xadimlər sərt reaksiya göstəriblər. Fil Dişi Sahilinin əfsanəvi futbolçusu Didier Droqba, “Barselona” və “Real Madrid” kimi komandaların heyətində çıxış […]

Koronavirus xəstəsi: “Sanki çətin imtahana hazırlaşdığınızı hesab edin” – VİDEO

“Əgər koronavirusa yoluxmusunuzsa, həyəcanlanmayın və qorxmayın”. Bunu “Report”un xüsusi müxbirinə açıqlamasında ABŞ-ın Nyu-York şəhərində yaşayan və koronavirusa yoluxmuş Fatih Yılmaz deyib. Hazırda ərzaq məhsullarının topdansatış mərkəzində işləyən 30 yaşlı türk infeksiyanın daşıyıcısına necə çevrildiyini bilmir: “Bu günlərdə övladım dünyaya gəldi və mən də üç gün xəstəxanada həyat yoldaşımın yanında qaldım. Bəlkə də orada koronavirusa yoluxdum. […]

Neft sürətlə bahalaşır…

Dünya birjalarında neft qiymətlərində sürətli bahalaşma davam edir. Axar.az xəbər verir ki, “Brent” markalı xam neftin bir barreli daha 4,25 dollar bahalaşaraq, 33,19 dollara qalxıb. Yüngül neft isə hazırda 27,22 dollaradır. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə təcili toplaşmaqla bağlı çağırış etmişdi. Azərbaycan Energetika Nazirliyi isə OPEK+ ölkələrinin görüşünün 6 apreldə keçirilməsinin planlaşdırılmasına dair […]

Azərbaycan daha 175 vətəndaşını təxliyə etdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib. Bu barədə Musavat.com-a AZAL-dan bildirilib. Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. Eyni zamanda bu gün səhər saatlarında “Azərbaycan Hava Yolları”nın təyyarəsi ilə 69 sərnişin üçün London-Bakı reysi həyata keçirilib. Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə […]

Rusiyada daha 601 nəfərdə koronavirus tapıldı

Rusiyada ötən gün ərzində daha 601 nəfərdə koronavirus aşkar edilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkədə 78 regionda 601 nəfər koronavirus infeksiyasına yoluxub. Hazırda Rusiyada 4149 nəfər COVID-19-un yaratdığı xəstəlikdən əziyyət çəkir. Ötən gün 46 xəstə sağalaraq evə buraxılıb. İndiyədək Rusiyada 281 nəfər sağalıb, 34 nəfər ölüb, 210 min 206 nəfər həkim nəzarəti altındadır. Moskvada […]

Yol polisi 17 mindən çox avtomobili postlardan geri qaytarıb

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 02.04.2020-ci il saat 08:00-dan 03.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb. İdarədən virtualaz.org-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 25-i rayon, […]

Füzulidə koronavirus infeksiyasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri gücləndirilib

Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə ardıcıl və sistemli şəkildə qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri aparılır. Koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə sosial izolyasiyanın gücləndirilməsi, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930