Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur (RƏSMİ)

“Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq”. Bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara […]

SMS-lə icazə necə alınır? – Video təlimat!

Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib.

Karantin rejimi ilə bağlı yeni qərar: sabahdan…

Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək. Bu barədə DMX-dən məlumat verilib. Bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq […]

Bakıda onlayn yolla narkotik satanlar saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, daxil olan məlumat əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar. Onların Nəsimi rayonunda yerləşən kirayədə qaldıqları evə baxış zamanı idman çantasının içərisində […]

Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək. Bu barədə DMX-dən məlumat verilib. Bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də […]

Türkiyə Ordusu Suriyada daha 24 terrorçunu məhv etdi

Türkiyə hərbçilərinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı apardıqları bölgədə terrorçulardan ibarət qrup zərərsizləşdirilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bölgəyə daxil olmaq istəyən PKK/YPG-nin 24 terrorçusu uğurlu əməliyyatla məhv edilib.

Rusiyada 235 uşaqda koronavirus aşkarlanıb

Rusiyada koronavirus (COVİD-19) aşkarlanmış xəstələrdən 235-i uşaqdır. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, onların arasında ağır vəziyyətdə olan yoxdur. Uşaqların müalicəsi davam etdirilir. Son məlumata görə, Rusiya ərazisində COVİD-19 virusuna yoluxanların ümumi sayı 4731, ölənlərin sayı 43 nəfərdir.

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? – FOTO

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib və digər bir sərəncamla onun yerinə Əhməd Məhəmməd oğlu İsmayılov təyin edilib.  “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Əhməd İsmayılov bundan əvvəl Dövlət Dəniz Administrasiyası aparatının rəhbəri vəzifəsində çalışıb və qısa müddət […]

Fransa ordusunun 600-a yaxın əsgərində koronavirus aşkarlanıb

Fransa Müdafiə naziri Florens Parli təxminən 600 əsgərin koronavirus testinin müsbət çıxdığını açıqlayıb. APA CNN Türk-ə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, əsgərlərin vəziyyətinə nəzarət olunur. “Bu, ordunun işini yerinə yetirməsinə təsir göstərməyəcək”, – deyə nazir qeyd edib.

Bakıda bu marketlər şəbəkəsində çörək pulsuz oldu – FOTO

Qrandmart MMC tərkibindəki bütün marketlərdə ehtiyacı olanlar üçün çörək pulsuzdur. Bu barədə Axar.az-a MMC-nin mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım deyib. O bildirib ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar işsiz qalan vətəndaşlara kömək məqsədiylə şirkət tərkibində fəaliyyət göstərən “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” marketlərində ehtiyacı olan vətəndaşlara çörəyi pulsuz verməyə başlayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930