Abşeron icra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi (VİDEO)

Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb.  Görüntüləri oxuculardan biri avtosfer.az-ın redaksiyasının elektron ünvanına göndərib. Aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı […]

“Vəziyyət ciddiləşir, xəstə sayı artarsa, xəstəxanalarda yer çatmayacaq” – TƏBİB

“Qəti şəkildə deyirəm ki, evdən çıxmayın. Bu məsələ bacardığımız qədər sərtləşəcək”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. “Vəziyyət ciddiləşir, xəstəlik qripə oxşasa da, xəstə sayı çoxalarsa, xəstəxanalarda yer çatmayacaq. Heç bir ölkədə bilinmirdi ki, pandemiya baş verəcək, eyni vaxtda bu qədər xəstə […]

Jurnalistlər üçün karantin qaydaları AÇIQLANDI

“Jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur”. Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O deyib ki, jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir: “Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”. DİN-in rəsmi Əziz Baqişev isə deyib ki, jurnalistlər və hər […]

“Yaxın günlərdə əhaliyə ödəmələr ediləcək” – Operativ qərargah

“Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik”. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncirinə zərbə vurmamağa, onların müflisləşməməsinə çalışılmalıdır: “Bununla bağlı məsələlər demək olar ki, son […]

“Koronavirusdan sonra dwnyanı yenidən böləcəklər…” – “Bu siyasi və geosiyasi məsələdir”

Bütün dünyanı bürüyən koronavirus pandemiyasının nə zaman bitəcəyi və onun Azərbaycan üçün yekun fəsadlarının nələrdən ibarət olacağı hər kəsi düşündürsə də, bu suallara cavab tapmaq olduqca çətindir. “AzPolitika.info” Azərbaycan parlamentinin sabiq sədri, 1992-ci ildə prezident səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədovla “Covid-19”, onun ortaya çıxma səbəbləri və gözlənilən nəticələrə dair söhbət edib: – Yaqub müəllim, […]

Koronavirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

Dünyada koronavirusa (SARS-CoV-2) yoluxan xəstələrin sayı hər keçən gün ərzində eksponensial şəkildə sürətlə artır. Con Hopkins Universitetinin dünən (31 mart 2020-ci il) açıqladığı məlumatda bu virusa yoluxanların sayının artıq 800.000 nəfərdən çox olduğu bildirildi (www.coronavirus.jhu.edu). Təbii ki, müxtəlif tipli ürək-damar və hipertonik xəstəliklərinin daşıyıcıları olan insanlar kimi, onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələr koronavirusun bu artım […]

Füzulidə pambıq əkininə və ipəkqurdu saxlanılmasına hazırlıq işləri görülür

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə ənənəvi təsərrüfat sahələrindən olan pambıq əkininə və ipəkqurdu saxlanılmasına da hazırlıq işləri görülür. Belə ki, 2020-ci təsərrüfat ilində rayon ərazisində pambıq əkiləcək sahələr hələ bir neçə ay əvvəl müəyyənləşdirilmiş, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930