ABŞ-da azərbaycanlılara hücum edən ermənilərlə bağlı araşdırma aparılıb

ABŞ-ın Los-Anceles şəhərində iyulun 21-də ermənilər tərəfindən azərbaycanlılara qarşı hücumları araşdıran işçi qrupu hesabat hazırlayıb. “Report” xəbər verir ki, bu barədə işçi qrupun onlayn konfransında məlumat verilib. Şahid ifadələrinin foto və video görüntülər təhlili nəticəsində müəyyən eidlib ki, aksiyada iştirak edən azərbaycanlıların sayı təxminən 60 nəfər ermənilərin sayı isı 3-5 min arası olub. Ermənilər tərəfindən […]

Azərbaycanda intiharların statistikası açıqlandı

Azərbaycanda 2020-ci ilin birinci yarım ili ərzində 292 intihar hadisəsi qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında məlumat verilib. Qeyd edilib ki, bu rəqəm 2019-cu il ərzində respublika üzrə 585 olub.

Həkimlər Navalnıya ilkin diaqnoz qoydular

Həkimlər zəhərləndiyi güman edilən siyasətçi Aleksey Navalnıya ilkin diaqnoz qoyublar. “Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, A.Navalnıda maddələrin mübadiləsində pozuntu baş verib. Bu, qandakı şəkərin azalmasına səbəb olub. Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, […]

Millimiz yoldaşlıq görüşü keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. “Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu yığma Lyublyana şəhərində Sloveniya komandası ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 10-da gerçəkləşəcək. Qeyd edək ki, müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.

Ermənistan ordusunun Qarabağda 20-dən çox post itirdiyi açıqlandı – “BU CÜR QƏLƏBƏLƏR DAVAM ETSƏ STEPANAKERTİ İTİRƏCƏYİK…”

Ermənistanda eks-prezident Serj Sərkisyanın xüsusi mətbuat konfransı çağırıb 2016-cı ilin aprel müharibəsində erməni ordusunun “qalib gəldiyi” barədə danışmasından sonra ona hakim partiyadan ifşaedici cavab verilib. Virtualaz.org xəbər verir ki, baş nazir Paşinyanın “Mənim addımım” partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan bu “qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini […]

Bakıda daha bir dəbdəbəli ad günü və toy keçirildi – Video

Müğənni Nüşabə Musayeva sosial şəbəkədə özünə dəbdəbəli ad günü keçirdiyi restorandan video paylaşıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, müğənni və yaxınları maska taxmadan, sosial məsafə gözləmədən şənlik ediblər. Videoda restoranın digər hissəsində bəylə gəlin də kadra düşüb. Novxanıda yerləşən restoranda eyni zamanda toy məclisi də təşkil olunub. Qeyd edək ki, koronavirus pandemiyasına görə Nazirlər Kabineti ölkədə […]

Azərbaycanlı rejissorun filmi məşhur festivalda qalib oldu

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə festivalın rəsmi feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı […]

Bakıda 9 və 7 yaşlı qardaşları maşın vurdu, biri öldü

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən 9 yaşlı R.Həsənov və onun 7 yaşlı qardaşı vurulub. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı […]

Azərbaycanda narkotik cinayətlərinin statistikası açıqlandı

2020-ci ilin yanvar-iyun ayları ərzində qeydə alınan 13310 cinayət hadisəsinin 2904-ü və ya 21,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çoxdur. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu cinayətlərin 57,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik […]

“Dindarlar dövlətin yanındadır” – Allahşükür Paşazadə

“Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır. Bu il İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər müqəddəs ayin və mərasimlərin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir”. “Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31