İlham Əliyev Zelenskiyə məktub yazdı

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. AZƏRTAC-ın yayımladığı məktubda deyilir: “Hörmətli cənab Prezident, Dost Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, […]

Nazirlər Kabinetindən icbari tibbi sığorta ilə bağlı

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydasının təsdiq edilməsi haqqında” qərarını izah edib. Qərara əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin dörd faizi həcmində sığorta ehtiyatı yaradır. Həmin vəsaitdən inflyasiya, məzənnə dəyişikliyi, hərbi yaxud fövqəladə vəziyyət elan olunduqda və ya digər gözlənilməyən proseslərin təsiri ilə […]

Bakıda güclü külək əsəcək, yağış yağacaq

23 avqusta gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən virtualaz.org-a verilən məlumata görə, 23 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-24, Bakıda gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı […]

“NATO qoşunları Belarus sərhədlərinə yaxınlaşır”

Prezident Aleksandr Lukaşenko Belarusdakı vəziyyətin gərginləşdirilməsi üçün NATO-nun hərbi dəstək verdiyini iddia edib. Lukaşenko bu barədə Qrodno şəhəri yaxınlığındakı hərbi təlim poliqonuna səfəri zamanı deyib. “Hərbi dəstək göz qabağındadır – NATO qoşunları sərhədlərə doğru hərəkət edir. Hamısı guya yeni prezidenti bura gətirməyə çalışır. O (Svetlana Tixanovskaya), qərb dövlətlərinə, bu vəziyyətdə isə NATO-ya əhalini qorumaq üçün […]

Ərdoğan nəhəng qaz yatağı tapdıqlarını elan etdi, ruslar narahat oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün ölkəsinin Qara dənizdəki ərazi sularında nəhəng qaz yatağının kəşf edildiyini açıqlayıb. virtualaz.org xəbər verir ki, Ərdoğan bunun Türkiyənin tarixində ən iri ehtiyatlara malik yataq olduğunu deyib. Yataqda onun sözlərinə görə, 320 milyard kubmetrə yaxın təsdiqlənmiş qaz ehtiyatları var. “Bu kəşf ölkəmizin energetika təhlükəsizliyi baxımından olduqca mühümdür”,-Türkiyə prezidenti bildirib. […]

“İMPERİYA MƏFKURƏSİNİN TƏSİRİ ALTINDA QALANLAR…” – Milli Məclisin komitə sədri

“Belələri unudurlar ki, Prezident İlham Əliyev dövlətimizi Heydər Əliyev ideyaları, humanizm və qətiyyətin vəhdəti əsasında idarə edir”. Bunu Milli Məclisin komitə sədri, YAP-çı deputat Sadiq Qurbanov Ramiz Mehdiyevin karantin qadağaları altında öz nəvəsinə toy etməsi ətrafında baş qaldırmış qalmaqala münasibət bildirərkən deyib. S.Qurbanov “AzPolitika.info”-nun sorğusuna cavab olaraq, deyib: “Dünəndən etibarən gündəmi zəbt etmiş bu hadisə, əlbəttə ki, yanlış hərəkətdir. […]

“Onu Elçin Babayev cəzalandırmalıdır “– YAP-dan açıqlama

Xəbər verdiyimiz kimi, avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib. Bu da cəmiyyətdə birmənalı qarşılanmayıb. Sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın […]

Siyavuş Novruzov töhmət almasından danışdı

“Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu haqda danışmaq istəmirəm, sağ olun”. Bu sözləri Redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib. Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan […]

“AKADEMİK SAYMAZLIQ” – Mehdiyev dövlətə meydan oxudu, cavabını da çox pis aldı…

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin mətbuatda və sosial şəbəkələrdə yayılan videosuna baxdıqca, uzun illərdir yüksək postlar tutan və ölkənin idarə olunmasında birbaşa iştirak edən məmur-oliqarx tayfasının iç üzünün, çürük mənəviyyatının, saymazlığının, yekəxanalığının yaratdığı qıcıq, ikrah hissi daha da artır. Və görünür ki, bu adamların adının qarşısına dövlət adamı, ictimai […]

Salyanda ər keçmiş həyat yoldaşını qətlə yetirdi

Bu gün günorta saatlarında Salyan rayonunda qətl hadisəsi törədilib. Virtualaz.org saytının məlumatına görə, 38 yaşlı Salyan şəhər sakini Namid Əliyev keçmiş həyat yoldaşı, Salyan Rayonlararası Vərəm Xəstəxanasında tibb bacısı işləyən 39 yaşlı Bəsti Səfərovanın iş yerinə gələrək, onu bıçaqlayaraq qətlə yetirib. N.Əliyev qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşdığı üçün hazırda polis tərəfindən onun axtarışı aparılır. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31