Samux və Tərtər sakinlərindən silah aşkarlanıb

Samux və Tərtər sakinlərində silah aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Samux Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nəbiağalı qəsəbə sakini R.Namazovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında […]

DİN Ağdaşdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Ağdaş rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, fevralın 6-da saat 23 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində İ.Səbirlinin idarə etdiyi “Mercedes” və S.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Əhmədov və sərnişinləri olan qızı və anası hadisə yerində ölüblər. Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma […]

Gömrük Akademiyasının fəaliyyəti Akkreditasiya Komissiyası tərəfindən yüksək qiymətləndirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasında 2019/2020-ci tədris ilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının akkreditasiyası keçirilib. Akkreditasiyanı həyata […]

Mikayıl Cabbarov: “Aktiv vergi ödəyicilərinin sayı 24 %-dən çox artıb”

“Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir”. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov öz paylaşımında bildirib. O, ötən il onların sayının 24 % artdığını qeyd edib: “2020-ci il ərzində onların sayı 24 %-dən çox artaraq 616 mini ötüb. Aktiv ƏDV ödəyicilərinin sayında 17 %-dən çox artım olub”.

Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Musavat.com-un məlumatına görə, sərəncam əsasən Qars müqaviləsinin 100 illiyi muxtar respublikada qeyd ediləcək. Bununla əlaqədar “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq ediləcək. Sərəncamda qeyd olunub ki, 2021-ci ildə mühüm tarixi-siyasi […]

“Şuşada erməni komandirlər əsgərlərini qoyub qaçırdı”

Şuşanın işğaldan azad olunmasından 3 ay keçir. Azərbaycan Ordusunun şəhəri hansı qəhrəmanlıqla geri qaytarması haqqında hələ də yeni faktlar üzə çıxır. Müharibə dövründə açıqlanmayan bəzi məlumatlar indi ictimaiyyətə açıqlanır. Azvision.az xəbər verir ki, tanınmış erməni ictmai fəal Aram Gevroqyan Şuşa əməliyyatları ərəfəsində Ermənistan ordusundakı vəziyyətdən söz açıb. O, Şuşa döyüşləri zamanı erməni komandirlərin fərarilik etdiyini bildirib. […]

Azərbaycanda daha bir zəlzələ olub

Şamaxı rayonunda zəlzələ olub. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb. *** 10.37 Hacıqabul rayonunda zəlzələ olub. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla […]

Koronavirusa yoluxmuş şəxslər peyvənd olunacaq? – TƏBİB açıqladı

TƏBİB koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmasının nəzərdə tutulub-tutulmayacağına aydınlıq gətirib. Trend-in məlumatına görə, TƏBİB-dən bildiriblər ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir. 6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər.

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub, ölən var

Sumqayıt şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binada yanğın olub. Hadisə zamanı Qubadlı rayonundan olan məcburi köçkün, 1972-ci il təvəllüdlü Məzahir Nuşirəvan oğlu Əhmədov yanaraq ölüb. İçki düşkün olduğu deyilən M.Əhmədovun binanın mansarında yaşadığı və hadisə zamanı yatdığı üçün ölüb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və […]

Türkiyədə zəlzələ olub

Türkiyənin Sivas bölgəsində 4,4 bal gücündə zəlzələ olub. Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Yeraltı təkanlar 16,68 km dərinlikdə baş verib. Zəlzələ ətraf rayonlarda da hiss edilib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728