Eldar Həsənov təcili DTX-nin Hospitalına köçürüldü

    Sabiq baş prokuror və səfir, DTX təcridxanasında olan Eldar Həsənov bu gün yenidən DTX-nın Hərbi Hospitalına köçürülüb. Bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov bildirib. Onun sözlərinə görə, buna səbəb 31 iyulda Dövlət Təhlükəsizliyi Xidmətinin Təcridxanasının İstintaq otağında Eldar Həsənov istintaq hərəkəti zamanı növbəti başgicələnməsi isə yıxılması olub: “Şənbə və bazar günü təcridxanada […]

Generalın polkovnik bacısı oğlu AZADLIĞA ÇIXDI

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin keçmiş rəisi, rüşvət almaqda şübhəli bilinərək iyul ayının 23-də həbs edilən polkovnik Vüsal Babayev azadlığa çıxıb. Babayev ev dustaqlığına buraxılıb. Bundan əvvəl məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur. […]

Məlahət İbrahimqızı: Heç bir toxunulmazlıq qanunları pozmağa haqq qazandırmır

    “Azərbaycan hüquqi dövlətdir. Bizim konstitusiyamız var. Konstitusiyamızda hüququn aliliyi prinsipləri mövcuddur. Bu ölkədə hər kəs üçün hüquq alidir. Heç kəsin hüququn aliliyi qarşısında toxunulmazlığı yoxdur. Qanunun aliliyinə riayət edilməsi ilə bağlı kiminsə kimdənsə üstünlüyü yoxdur. Millət vəkili, qanunverici hakimiyyətin təmsilçisi isə hüququn aliliyinə müqəddəs bir prinsip, dəyər kimi hörmət etməlidir”. Bunu çıqlamasında Milli Məclisin […]

Azərbaycanda ŞOK HADİSƏ – Polisin yaxınlaşdığını görüb atəş açdı – FOTO

    Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, RPŞ-nə rayonun Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub. Məlumatla […]

Vətəndaşların NƏZƏRİNƏ: gələn həftədən başlayır

    Avqust ayının 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən birgə məlumata görə, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi […]

Neft ucuzlaşdı

    Dünya birjalarında neft qiymətlərində ucuzlaşma qeydə alınıb. Hazırda “Brent” markalı neftin bir barreli 74,59 dollara, yüngül neft isə 73,21 dollara satılır.

Azərbaycanda bu avtomobillər BAHALAŞDI – VİDEO

    “Aİ 92” markalı benzinlə işləyən avtomobillərə marağı artıb. Maşın bazarına gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar. Bununla yanaşı bəzi avtomobillərin qiymətlərində 1500 manata qədər artım müşahidə edilib. Maşın bazarına gələnlər modelə görə yox yanacaq növünə görə seçim edirlər..Aİ 95 markalı benzinin qiymətinin bahalaşması Aİ 92 markalı benzinlə işləyən […]

Ağdaşda fəhlə dəzgahın içərisinə düşərək öldü

    İyulun 31-i saat 09 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istesalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Ülvi Sadıqov fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031