Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək. Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heytətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb. Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.
Avq 24 2021 | Posted in
Cəmiyyət |
Read More »
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır. Bu barədə ANAMA-dan məlumat verilib. İlk 10 xüsusi təlim keçmiş it ANAMA-ya 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən […]
Avq 24 2021 | Posted in
Gündəm |
Read More »
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə NAzirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Avq 24 2021 | Posted in
Gündəm |
Read More »
Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi […]
Avq 24 2021 | Posted in
Cəmiyyət |
Read More »
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Arzu Mövlud (Məmmədova) koronavirusdan (COVID-19) vəfat edib. A.Məmmədova bu gün vəfat edib. A.Məmmədova 1967-ci ildə anadan olub. O, Mədəniyyət kanalının “Ədəbi-dram və folklor verilişləri” baş redaksiyasının əməkdaşı olub. Hazırda onun həyat yoldaşının xəstəxanada koronavirusdan müalicə olunduğu və vəziyyətinin ağır olduğu bildirilir. Allah rəhmət eləsin!
Avq 24 2021 | Posted in
Gündəm,
Manşet |
Read More »
Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb. Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.
Avq 24 2021 | Posted in
Gündəm |
Read More »
Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub. Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir. Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman […]
Avq 24 2021 | Posted in
Gündəm,
Manşet,
Olay |
Read More »
Zərdabda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər ərazisində Ağcabədi rayon sakini G.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu velosipedlə keçən rayon sakini Məmmədov Rüfət Zaur oğlunu vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən R.Məmmədov orada ölüb. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qəzada ölən R.Məmmədov […]
Avq 24 2021 | Posted in
Manşet,
Olay |
Read More »
Tərtərdə quldurluq hadisəsi baş verib. Tərtər RPŞ-yə avqustun 23-də bir nəfərin şəhər sakini Ə.Nazarovanı döyüb 800 manat pulunu alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən həmyerlisi S.Əlizadə müəyyən edilərək saxlanılıb.
Avq 24 2021 | Posted in
Olay |
Read More »
“COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı yəqin ki, müəyyən məhdudiyyətlər olacaq”. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. “Hələlik bunlar müzakirə olunur. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaq. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar”, – deyə o bildirib
Avq 24 2021 | Posted in
Gündəm |
Read More »