Tikinti şirkəti baş redaktoru aldadıb – Prezidentə müraciət

“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) ANAXEBER.az saytının baş redaktoru Azər Talıbovu aldadıb. Qaynarinfo xəbər verir ki, bu barədə baş redkatorun Prezident İlham Əliyevə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladığı müraciətdə deyilir. Müraciət müəllifi qeyd edir ki, “Sahil-S İnşaat” MTK-nın Yeni Günəşli qəsəbəsinin “A-B” yaşayış massivində inşa etdiyi hündürmərtəbəli binadan mənzil alıb. “Lakin MTK tikinti […]

Azərbaycanda bu markalı benzin də bahalaşdı

    Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb. Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi – “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib. “Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış […]

Eldəniz Səlimova cinayət işi açıldı

    “Eldəniz Səlimovun hərəkətləri Milli Məclisin nüfuzuna qətiyyən xələl gətirmir. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb və buna görə onun haqqında vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”. Bu barədə Baş prokuror Kamran Əliyev deyib. O qeyd edib ki, Milli Məclis məsələ ilə bağlı mövqeyini ortaya qoyub. “Bəzən sosial şəbəkələrdə parlamentin ünvanına xoşagəlməz ifadələr […]

Spikerdən Tahir Kərimliyə SƏRT CAVAB: Görüm ondan sonra siz belə danışa bilərsiniz

    Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin sözləri spikerin etirazına səbəb olub. T.Kərimli İntizam Komissiyasının qərarını dəstəklədiyini deyib. Daha sonra hadisə haqda danışarkən bildirib ki, polisin yiyəsi var, deputatın yiyəsi yoxdur: “Rayonlara gedəndə polislər bizə hərbi salam verirdi, indi biz onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. […]

Baş prokurordan polisi döyən deputatla bağlı AÇIQLAMA

    “Bütün dünya COVID-19 pandemiyası ilə üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox ciddi işlər aparılır. Bütün vətəndaşlarımız da COVID-19-la mübarizədə birləşib. Bu sahədə ağır məsuliyyət bizim hüquq-mühafizə orqanlarının üzərinə düşür”. Bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi […]

Yunanıstan vədinə XİLAF ÇIXDI: Türkiyəyə yardım etməyəcək

    Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi üçün yardıma hazır olduqlarını bildirən Yunanıstan hökuməti öz vədinə xilaf çıxıb. Bu barədə “Haberler” məlumat yayıb. Bildirilib ki, yardım fəaliyyətini idarə edən Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin çağırışına Yunanıstan hökuməti tərəfindən heç bir cavab verilməyib. Xatırladaq ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias iyunun 29-da həmkarı Mövlud […]

Leyla Əliyeva qardaşını BELƏ TƏBRİK ETDİ – FOTO

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib. Leyla Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib. “Sevimli qardaşım Heydəri təbrik edirəm! Ona xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı çatdırıram. Nə yaxşı ki, varsan! Səni çox sevirəm! Allah hamını qorusun! Çox sağ olun”- paylaşımda deyilir.

Azərbaycanlı qəhrəmanlar TÜRKİYƏ GÜNDƏMİNDƏ: Bayrağa olan hörmət və həssaslıq… – VİDEO

  Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən ibarət yanğınsöndürmə qrupu Muğla vilayətindəki yanğınların söndürülməsində meşə qəhrəmanlarına dəstək verir. Bu barədə “TRT Haber” məlumat yayıb. Sayt qeyd edir ki, alovlarla mübarizəni uğurla davam etdirən Azərbaycanın xilasetmə qruplarının Türk bayrağına olan hörmət və həssaslığı xüsusi diqqət çəkib. Belə ki, yanğınsöndürənlər yanan evlərdən Türkiyə bayraqlarını bir-bir toplayaraq yanğından […]

Şimşək çaxacaq, qısamüddətli yağış yağacaq – Bu günün HAVASI

    Avqustun 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm […]

Polis gecə saatlarında Bakının məşhur klubda əməliyyat keçirdi

    Bakının Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031