Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Bunu bazar günü Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Star” qəzetinə müsahibə verən Kalın bildirib ki, Ərdoğanın Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək təklifi, əslində bu böhrandan çıxmaq üçün ən mühüm və […]

İlham Əliyev Vladimir Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirilib. Vurğulanıb ki, görüşün gələn həftə baş tutması gözlənilir. “Xarici liderlərin mühüm səfərləri gələn həftə də davam edəcək. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri, həmçinin Pakistanın baş nazirinin də Kremlə gələcəyi gözlənilir”, – deyə proqramda qeyd olunub. […]

Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib. Yenisabah.az xəbər verir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika […]

Putinlə Makron arasında telefon danışığı başlayıb

Paris vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı bazar günü başlayıb. “Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Yelisey sarayına istinadən xəbər verir. “Prezident Putinlə söhbət, planlaşdırıldığı kimi, səhər saat 11-də başlayıb”, – məlumatda deyilir.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətindən beş il ötür

Bu gün Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür. Ölkəmizdə 2016-cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi. Bundan əvvəl – 2005-2017-ci illərdə Milli Məclisin deputatı […]

Rusiya-Ukrayna qarşıdurmasında kim uduzdu, kim uddu? – ARAŞDIRMA

Bir neçə gün bundan öncəyə qədər bütün dünyanın əsas mövzusu Ukrayna böhranı idi. Hamı gözləyirdi ki, Rusiya fevralın 16-da bu ölkəyə hücum edəcək. Buna əsas kimi rusların Ukrayna sərhədi boyunca 120 mindən artıq qoşun toplaması göstərilirdi. Bu barədə “Kaspi” qəzetinin hazırladığı məqalədə qeyd olunur. ABŞ prezidenti Co Baydenin Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışıqlarının, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28