Ərdoğan seçkilərdə 6 müxalifət partiyasını məğlub edəcəyinə dair vəd verib

ürkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək prezident və parlament seçkiləri çox əhəmiyyətlidir. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri 6 müxalifət partiyasının yaratdığı ittifaqa da münasibət bildirib: “Küçədə bir-birini görüb salam verməyəcək altı nəfər bir masa ətrafında toplaşıb. Bunun bənzəri Macarıstanda da olmuşdu. Onların təlimatları haradan aldıqları məlumdur. Ortada […]

Lavrovla Kulebanın görüşü gözlənilir

Rusiya və Ukrayna xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Cumhuriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Brüssel görüşündə bildirib: “Daha çox danışıqlar gözləyirik. Yəqin ki, xarici işlər nazirləri səviyyəsində olacaq. Təəssüf ki, Buçada və bəzi yerlərdə gördüyümüz mənzərə müsbət atmosferi zədələyib. Biz […]

Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında görüş başladı

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb. Görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir. Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında sonuncu təkbətək görüş ötən il dekabrın 15-də Brüsseldə keçirilib.

ABŞ Rusiya banklarına tam bloklayıcı sanksiyalar tətbiq etdi – YENİLƏNİB

ABŞ Rusiyanın “Alfa-Bank” və “Sberbank”ına qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ administrasiyasında təmsil olunan şəxs məlumat verib. Məlumatda qeyd olunur ki, artıq Rusiyanın ən böyük bankları və Mərkəzi Bankı ABŞ-la hər hansı bir maliyyə, köçürmə və sair fəaliyyətləri icra edə bilməyəcək. 10:21 ABŞ-ın tətbiq edəcəyi yeni sanksiyalar Rusiyanın “Alfa-Bank”ına da təsir edəcək. […]

İlham Əliyev və Şarl Mişel arasında görüş başlayıb – VİDEO

Azərbaycan Respublikası Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında görüş başlayıb. Görüş Belçikanın paytaxtı Brüsseldə baş tutub. Qeyd edək ki, görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilir.  

ABŞ-dan Rusiyaya yeni SANKSİYALAR

ABŞ Ukraynadakı müharibəyə görə Rusiyaya yeni sanksiyalar tətbiq edib. TASS-ın məlumatına görə, Rusiyanın ən böyük dövlət bankı “Sberbank” və “Alfa-Bank”a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edilib. Bundan başqa, sanksiya tətbiq edilən rəsmi şəxslərin siyahısı da genişlənib. Belə ki, Rusiyanın Baş naziri Mixail Mişustin, keçmiş prezidenti Dmitri Medvedev sanksiyalar siyahısına əlavə edilib. Rusiya Prezidenti Vladimir Putinin […]

Paşinyan Şarl Mişellə GÖRÜŞDÜ

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bu gün, həmçinin Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyan arasında görüş keçiriləcək.

İlkin Süleymanovun məhkəməsində əmisi oğlu növbəti dəfə ifadə verib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov növbəti dəfə ifadə verib. O, […]

Jirinovskini o əvəz edəcək

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) parlament fraksiyası rəhbərinin vəzifələrini icra edəcək. Cumhuriyyet.az -ın məlumatına görə, bunu fraksiya rəhbərinin vəzifəsini icra edən Yaroslav Nilov deyib. O, L.Slutskinin partiya üzvləri arasında yekdilliklə bu vəzifəyə seçildiyini bildirib. Eyni zamanda, Aleksey Didenko RLDP-nin parlamentdən kənar sədr vəzifələrini icra edən təyin […]

Türkiyə Ukraynaya 60 milyonluq hərbi texnika satıb

2022-ci ilin birinci rübündə Ukrayna Türkiyədən ötən ilə nisbətən təxminən 30 dəfə çox müdafiə təyinatlı məhsul alıb. Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb. Belə ki, Türkiyə Ukraynaya 2021-ci ilin birinci rübündə 1,9 milyon, 2022-ci ilin birinci rübündə isə 59,1 milyon dollarlıq müdafiə təyinatlı məmulat ixrac edib. Qeyd olunur ki, Ukrayna son […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930