Baş həkim bu videoya görə işdən çıxarılıb? – VİDEO

29.04.2021 - 12:46
Baş həkim bu videoya görə işdən çıxarılıb? - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən kənarlaşdırılıb.
Son günlər tibb sahəsindəki kadr dəyişiklikləri ilə əlaqədar işindən azad edilən T. İbadovun dünən idarəçiliyində olan xəstəxanadan yayılmış görüntülərə görə Klinik Xəstəxanasından uzaqlaşdırılmağı istisna deyil.

Belə ki, ötən gün sosial şəbəkələrdə Respublika Klinik Xəstəxanasında karantin qaydalarının kobud şəkildə pozulmasını əks etdirən növbəti görüntülər yayılmışdı. Videoda xəstəxananın dəhlizində heç bir sosial məsafə və karantin qaydalarını gözləmədən onlarla insanın toplaşdığı aydın görünür. İcbari Tibbi Sığorta lövhəsinin qarşısında növbə gözləyən vətəndaşların arasında ümumiyyətlə məsafə yoxdur.

Qeyd edək ki, bu, sözügedən xəstəxanada karantin qaydalarının pozulması ilə bağlı yayılan ilk görüntü deyil. Ötən ayın əvvəllərində də xəstəxananın poliklinka şöbəsində həkim qəbuluna gələn onlarla insanın heç bir məsafə gözləmədən toplaşdığını əks etdirən foto yayılmışdı. İddia olunurdu ki, həmin şəxslər rayonlarda əlilliklə bağlı pensiya alan şəxsləri təkrar müayinə üçün bu xəstəxanaya göndərilənlərdir. Həmin vaxt xəstəxana rəhbərliyi sıxlığı hava şəraiti ilə əlaqələndirmişdi və bir qədər sonra isə növbəlilik prinsipinin gözlənildiyini açıqlamışdı.
Lakin sonuncu videoya gələn şərhlər onu göstərir ki, xəstəxanada karantin qaydalarına hələ də əməl olunmur və oxşar vəziyyət hər gün yaşanır. Buna görə də xəstəxananın baş həkiminin məhz belə neqativ halların təkrarlanması ilə bağlı işdən azad edildiyini deyə bilərik.

Xatırladaq ki, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının əmri ilə Telman İbadovun yerinə xəstəxanaya Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub. (qafqazinfo)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=162921

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930