Balaca gimnast Mina Abbasovanın arzusu çin oldu-FOTO

27.08.2018 - 17:07
Balaca gimnast Mina Abbasovadan növbəti qızıl medal Azərbaycanın şərəfinə
25-26 avqust tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan Bədii Gimnastika Federasiyasının təşkilatçılığı ilə XVII ənənəvi Graciya kuboku uğrunda yarışlar təşkil edilmişdir.
Yarışlarda ev sahibi Macarıstanla yanaşı, ABS, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Luksenburq, Xorvatiya, Slovakiya, Misir, Cexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, Italiya, Malaziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmaları və yerli klubları da iştirak etmişdirlər.
 Əvvəlki turnirlərdə  Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz  Mina Abbasova  bu dəfə Azərbaycanı təmsil edib. Onun istedadını, indiyə qədər  qazandığı nailiyyətləri nəzərə alan təşkilatçılar balaca gimnasta arzusunu reallaşdırmaq üçün şərait yaradıblar.
 Çoxnovçülük üzrə yarışlarda həmyaşıdlarını böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran Mina Abbasova növbəti qızıl medalını Azərbaycan bayrağı altında qazanıb.
 Ikinci pilləyə Ukrayna, ücüncu pilləyə isə Rusiyalı gimnast sahib olub.
Qeyd edək ki,  Mina Abbasova  2010-cu ildə Bakı şəhərində anadan olub.
Hal- hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayır. İştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənməyi bacaran balaca gimnast
İdman karyerasına hələ  5 yaşındaykən baslamış və qısa vaxt ərzində bir çox  beynəlxalq  yarışmalarda iştirak etmişdir.
O, Lyublyana – 2015 Beynəlxalq turnirdə   (Sloveniya)  1-ci yer, Gracia cupa -2015 (Budapeşt) 2-ci yer, Yeni il turniri- 2015 (Budapeşt) 1-ci yer, Bahar kuboku -2016 (Budapeşt) 2-ci yer, Pecs kuboku- 2015 (Macarıstan, Pecs) 2- ci yer, Gracia cupa-2016 (Budapest) 1-ci yer, Yeni il kuboku-2016 (Budapeşt) 1-ci yer, Bahar kuboku 2017 (Budapeşt) 2-ci yer, Pecs kuboku -2017 (Macarıstan, Pecs) 1-ci yer, Sosnoviçe kupa- 2017 (Polşa) 2-ci yer, Pecs kupa-2017 (Macarıstan)1-ci yer, Yeni il kuboku 2017 (Budapeşt) 1-ci yer, Luksenburq cupa-2017 (Avropa cempionatı) 3 -cu yer, Caorle cupa-2018 (Italiya) 2-ci yer, Katovice kupa- 2018 (Polşa) 2-ci yer, Zaqreb kupa -2018 (Xorvatiya)  beynəlxalq yarışmalarında 2-ci yer tutub.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=121935

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930