II dünya müharibəsində itkin düşmüş babalarımızı tapa bilərik

01.09.2018 - 11:30

Rusiya Müdafiə Nazirliyi cəbhədə həlak olmuş və itkin düşmüş sovet hərbçilərinin məlumat bankını yaradıb; informasiya bazası vaxtaşırı yenilənir

1998-ci ildə Rusiya Hərbi Qüvvələrinin Baş qərargahının arxiv materialları əsasında II Dünya müharibəsi zamanı SSRİ-nin itkiləri  hesablanıb. 4 illik müharibədə sovet ordunun 10 milyon 700 min əsgəri həlak olub. Azərbaycan xalqı II Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət göstərib. 1941-1945-ci illərdə Azərbaycandan sovet ordusu sıralarına 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilib. Onların 300 mindən çoxu geri qayıtmayıb.

Onlardan biri də Rəfiq AliAkbər oğlu Əkbərov olub. Onun haqqında yaxın qohumu Günel Əkbərova qəzetimizə məlumat verir. Deyir, Rəfiq Əkbərov orduya qatılanda cəmi 19 yaşı olub: “Stalinqrad cəbhəsində əsir düşüb. Yaralı olduğu üçün onu eşelonla gətiriblər Polşaya. Orada da alman və polyak qarışıqlı tibb bacısı ilə tanış olub. Rus dilini yaxşı bildiyi üçün qızla birtəhər dil tapıb, danışıb. Qızın anası polyak olduğu üçün o da rus dilini az-çox bilirmiş. Zamanla aralarındakı münasibət sevgiyə dönüb və evləniblər. Sara adından xoşu gəlirmiş deyə Rəfiq baba həyat yoldaşı – alman qızını Sara deyə səsləyirmiş. Bizimkilər onu öldü bilirlərmiş. Ta ki…”

Ta ki, 40 il sonra Rəfiq Əkbərovdan onlara məktub gələnə qədər. Məktub 1993-cü ildə gəlib. Sovetlər dağılandan sonra. Sovet rejimindən ehtiyat edən Rəfiq Əkbərov məktub yazmağa da ehtiyat edib.  Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra ürəklə ailəsinə məktub yazıb.

Ä°lgili resim

İllər sonra Rəfiq Əkbərov kimi II Dünya müharibəsində itkin düşmüş bir neçə azərbaycanlı da üzə çıxdı. Lakin itkin düşmüş çoxluq haqda 70 ildən çoxdur ki, məlumat yoxdur.

Zaman-zaman müharibə getmiş ölkələrdə həlak olmuş azərbaycanlı oğullardan bəzilərinin qəbirləri də tapılıb. II Dünya müharibəsində Moldova Respublikası ərazində həlak olmuş və itkin düşmüş sayılan 206 nəfər azərbaycanlı döyüşçünün dəfn olunduğu yer aşkarlanıb. Bundan başqa, Slovakiya ərazisində həlak olmuş, aldığı yaralardan dünyasını dəyişmiş və burada dəfn edilmiş 63 min 382 sovet hərbçisi arasında 281 azərbaycanlının olduğu müəyyənləşib.

Lakin bu say çox azdır. Əsas çoxluq hələ də müəmmaya qarışıb. Artıq sərhədlər açılıb. Sovet rejimi çoxdandır tarixin arxivinə gömülüb. Müharibədə itkin düşmüş soydaşlarımızı axtarmaq üçün əl-qolumuz açılıb. Bu işə hazırda dayanmadan inkişafda olan texnologiya da böyük imkanlar yaradır. Bir də ki 73 il tarix üçün çox da böyük rəqəm deyil…

Almaniya bu gün də 200 il əvvəl Azərbaycana köçmüş alman ailələri ilə maraqlanır, araşdırma aparırlar. Bizim isə II Dünya müharibəsində itkin düşmüş minlərlə soydaşımız haqda məlumatımız yoxdur. Axı günü bu gün də gözü yolda olan, atasının, qardaşının, həyat yoldaşının yolunu gözləyənlər var…

Rusiya Federasiyası Müdafiə Nazirliyi 2012-ci ildə II Dünya müharibəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsində arxiv məlumatlardan ibarət İnformasiya Məlumat Bankı – Elektron Arxiv yaradıb. www.obd-memorial.ru ünvanında olan bu bank SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəsmi sənədləri və məlumatları əsasında hazırlanıb.

Layihənin əsas məqsədi milyonlarla keçmiş sovet vətəndaşına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır. Bunun üçün Rusiya Silahlı Qüvvələrinin Hərbi-Memorial Mərkəzi tərəfindən unikal informasiya axtarış sistemi yaradılıb.

Bankda yerləşdirilən məlumatların əsas hissəsini hərbi hissələrdən itkilərlə bağlı daxil olmuş hərbi sənədlər, itkiləri dəqiqləşdirən (dəfnlər, hospitallar və tibb batalyonları tərəfindən tərtib edilmiş sənədlər, sovet əsirlərinin qənimət götürülmüş kartoçkaları) arxiv sənədləri və sovet zabit və əsgərlərinin mühafizə edilmiş pasportları təşkil edir.

Saytdan həlak olan əsgərlərin rütbəsi, qulluq etdiyi hərbi hissə, ölümünün səbəbi (öldürülüb, aldığı yaradan ölüb, itkin düşüb) və dəfn edildiyi yer barədə informasiyalar əldə etmək olur. Bundan başqa, saytda şəxslər barədə birinci mənbədən əldə edilmiş bütün ilkin sənədlər yerləşdirilib. Bu sənədlər həlak olanları böyük dəqiqliklə müəyyən etməyə imkan verir.

Layihə çərçivəsində sayta 13 milyon arxiv səhifəsi və 30 min hərbi dəfnlə bağlı pasport məlumatları yüklənib. Oxucu ilk dəfə olaraq axtardığı qohumları və babaları barədə real sənədlərlə tanış olmaq imkanı qazanacaq. Bank daim yenilənir.

Saytdakı məlumatları araşdırarkən xeyli sayda Azərbaycan vətəndaşının adına rast gəlmək olur. Maraqlıdır, bizdə də belə elektron baza varmı?

Cəlil Xəlilov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, II Dünya müharibəsində itkin düşmüş və həlak olmuş azərbaycanlılar haqda kitab hazırlanır: “Kitabın 16 cildi artıq  çapdan çıxıb. Digər cildləri də yavaş-yavaş hazırlanır. Ümumilikdə 20 cild olacaq. Kitabda müharibədə iştirak etmiş Azərbaycanın qəhrəman övladları barədə geniş məlumat olacaq. Demək olar, bazanın elektron versiyasını da hazırlamışıq. Yaxın günlərdə təqdimatı olacaq. Bununla paralel olaraq, bizim veteranlar təşkilatı MDB dövlətləri ilə, hansı ki, müharibə olan ərazilərin nümayəndələri, hərbi qurumları, veteran təşkilatları ilə danışıqlar və axtarışlar aparırıq. Məsələn,  Kişinyovda 206 nəfər azərbaycanlının həlak olması barədə bu yaxınlarda məlumat əldə etdik. Kişinyovda onlara abidə ucaltdıq, onların soyadlarını mərmər daşın üzərinə yazdırdıq. MDB dövlətləri ilə, hansı ki, müharibə olan ərazilərin nümayəndələri, hərbi qurumları, veteran təşkilatları ilə danışıqlar və axtarışlar aparırıq. Məsələn, Kişinyovda 206 nəfər azərbaycanlının həlak olması barədə bu yaxınlarda məlumat əldə etdik. Kişinyovda onlara abidə ucaltdıq, onların soyadlarını mərmər daşın üzərinə yazdırdıq. 24 nəfər azərbaycanlının Kaluqada həlak olması barədə məlumat aldıq. Svestopol və Kerçdə də həlak olan azərbaycanlılar barədə bizdə məlumat var. Orada yaşayan azərbaycanlılar, səfirliklər və diaspora nümayəndələri ilə əlaqə saxlayırıq, İkinci Dünya müharibəsi zaman həlak olmuş Azərbaycan oğullarının adlarının yazılması, mərmər lövhələrin qoyulmasını təklif və icraatına kömək edirik. O xarici ölkələrdə yaşayan azərbaycanlılar var ki, hər il 9 May – Qələbə Günündə abidəyə gül qoyurlar və sabah fəxrlə deyirlər ki, bu şəhərlərin azad olmasında Azərbaycan oğulları həlak olublar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122142

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930