Sumqayıt Teatrı Musiqili Teatrda-FOTO

05.10.2018 - 10:55

Sumqayıt Dövlət Dram Teatrının “Zülmətdə nur” tamaşası nümayiş olunacaq

Sumqayıt Dövlət Dram Teatrı oktyabrın 8-də saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olacaq.

Cumhuriyyet.net xəbər verir ki, kollektiv teatrsevərlərə Azərbaycan Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş “Zülmətdə nur” (Nizami Muradoğlu) mənzum pyesi əsasında hazırlanan tamaşanı nümayiş etdirəcək.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gələn görkəmli dramaturq, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, o cümlədən Əhməd Cavad və Mikayıl Müşfiqin kəşməkeşli həyatından bəhs edir.

Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla Məmmədova, Kamran Muradlı, Orxan Firudinov, Şəmistan Süleymanlı ifa edəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123397

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930