“Rəqibdən qorxmuruq” – farerli futbolçu
“Güclü oyunçulara qarşı oynamaq hər zaman həyəcanlı olur. Bu, bizim üçün yaxşıdır”.
Qol.az-ın Farer adalarına ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri Farer adaları millisinin üzvü Rene Yonsen Millətlər Liqasının 3-cü turunda sabah millimizlə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib. 22 yaşlı yarımmüdafiəçi ötən həftə İngiltərə “Arsenal”ı ilə qarşılaşan əksər “Qarabağ” futbolçularının millimizdə çıxış etməsindən çəkinmədiklərini bildirib:
“Bizdə Azərbaycan millisinə qarşı qorxu hissi olduğunu deyə bilmərəm. Yaxşı nəticə qazanacağımıza inanrıam”.
Qeyd edək ki, Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Short URL: https://www.cumhuriyyet.net/?p=123602